Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şanlı Seyidzadələr nəslinin iki görkəmli nümayəndəsinin 100 illiyi qeyd edilmişdir

Bakı, 2 noyabr (AZƏRTAC). Noyabrın 2-də Dövlət Film Fondunda Azərbaycanın elm, mədəniyyət, sənət və mətbuat tarixinə görkəmli şəxsiyyətlər bəxş etmiş şanlı Seyidzadələr nəslinin iki məşhur nümayəndəsinin - tanınmış ictimai xadim, Azərbaycan tərcümə məktəbinin banilərindən biri Bağır Seyidzadənin və məşhur kinorejissor Hüseyn Seyidzadənin 100 illik yubileylərinə həsr edilmiş mərasim keçirilmişdir.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) birgə təşkilatçılığı ilə reallaşdırılmışdır.

AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə fondun foyesində hər iki şəxsiyyətin həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət sərgi ilə tanış olmuşlar.

Gecədə Dövlət Film Fondunun direktoru, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Əməkdar İncəsənət Xadimi, kinoşünas Aydın Kazımzadə, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Miniatür Kitab Muzeyinin yaradıcısı və rəhbəri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahova, tanınmış memar, akademik Rasim Əliyev, AZƏRTAC-ın baş redaktoru Tamilla Nuriyeva və AZƏRTAC-ın baş direktorunun müavini, Əməkdar Jurnalist Dağbəyi İsmayılov, Xalq Artisti, kinorejissor, professor Tofiq İsmayılov, Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur və Xalq Artisti Fuad Poladov çıxış edərək, hər iki şəxsiyyətin mənalı ömür yolundan, zəngin yaradıcılıq axtarışlarından söz açmışlar.

Bildirilmişdir ki, bu görkəmli şəxsiyyətlər - Bağır Seyidzadə və Hüseyn Seyidzadə milli mətbuatımızın və kino sənətimizin müqtədir simalarıdır.

Mənalı ömrünün böyük bir hissəsini Azərbaycanda nəşriyyat-poliqrafiya işinin, mətbuatın, tərcümə məktəbinin inkişafına həsr etmiş Bağır Seyidzadə haqqında fikirlərini bölüşən natiqlər onu həm də bir diplomat kimi səciyyələndirmişlər.

Diqqətə çatdırılmışdır ki, Bağır Seyidzadə çox az yaşamış, cəmi 56 il ömür sürmüşdür. Lakin bu 56 illik ömür yolu böyük bir epoxanı əhatə etmişdir.

Bu şərəfli ömür yolu deportasiyalar, iyirminci əsrin əvvəllərinin təlatümləri, 1937-ci ilin repressiyaları, eyni zamanda, faşizm üzərində Qələbənin sevinci, haqsız təqiblər, həmçinin böyük uğurların şövqü, ehtirası ilə dolu bir epoxa olmuşdur.

Yəqin elə buna görə də 56 illik jurnalist, diplomat, nazir, tərcüməçi ömrü bir əsrin çərçivəsinə sığmayan dəyərli işləri özündə ehtiva edir.

Bağır Seyidzadə ixtisasca mühəndis-texnoloq olmasına baxmayaraq, o mənalı ömrünü mətbuat, mədəniyyət, ən başlıcası isə tərcüməçilik işinə həsr etmişdir.

Fitrətən jurnalist, söz adamı olan Bağır Seyidzadə gənclik illərindən jurnalistikaya bağlanmış, “Kəndli” və “Gənc işçi” qəzetlərində çalışmış, redaktor olmuşdur.

Bağır Seyidzadə çox fəal ictimaiyyətçi idi. Onun bu məziyyətini nəzərə alaraq komsomol işinə irəli çəkmiş, Azərbaycan Komsomolunun Mərkəzi Komitəsinin büro üzvü, daha sonra katibi seçmişlər.

Bağır Seyidzadə istedadlı diplomat idi. Moskvada diplomatiya kurslarını bitirdikdən sonra onu İranın Maku şəhərində vitse-konsul, Təbriz şəhərində konsul vəzifələrinə təyin etmişlər. Milli hökumət onu “21 Azər” medalına layiq görmüşdür.

Bağır Seyidzadə yüksək dərəcədə təşkilatçı idi. O, Azərbaycanda kinematoqrafiya naziri təyin edilmiş və qısa müddətdə bu sahəni keçmiş ittifaqda qabaqcıllar sırasına çıxarmışdır. Həmin illərdə ekranlaşdırılmış Azərbaycanın “Xəzər neftçiləri haqqında dastan” filmi ilk dəfə Kann festivalında beynəlxalq mükafata layiq görülmüşdür.

Bağır Seyidzadə Azərbaycanda Nəşriyyat-Poliqrafiya İdarəsini yaratmış və o dövrün qəzet-nəşriyyat işinin bilicisi kimi tanınmışdır. Mədəniyyət nazirinin müavini işləyəndə də bu sahənin inkişafına böyük əmək sərf etmişdir.

Bağır Seyidzadə milli tərcümə məktəbinin banilərindəndir. Onun “Görkəmli adamların həyatı” silsiləsindən tərcümə etdiyi kitabları oxuyarkən B.Seyidzadəni sözə necə həssas münasibət bəslədiyinin, orijinal dilin və Azərbaycan dilinin incəliklərini çox yüksək səviyyədə bildiyinə heyran qalırsan.

Bağır Seyidzadənin tərcüməçilik fəaliyyətinin ən qaynar mərhələsi AZƏRTAC ilə bağlıdır. O, bu agentlikdə direktorun müavini olmaqla bərabər, tərcümə işinin təşkilinə cavabdeh şəxs idi. Onu AZƏRTAC-da canlı ensiklopediya adlandırırdılar. Bağır Seyidzadə ictimai-siyasi mətnləri çox yüksək səviyyədə tərcümə və redaktə edər, iş yoldaşlarından dəyərli məsləhətlərini əsirgəməzdi.

Ömrünün son illərini operativ siyasi materialların tərcüməsinə həsr etmiş Bağır Seyidzadəni AZƏRTAC-ın tərcüməçilik məktəbində müstəsna örnək olan bir insan kimi xatırlayırlar. O, öz tərcümələrində dilə çox həssas yanaşır, Azərbaycan dilinin gözəlliyindən, zənginliyindən geniş istifadə edirdi.

Azərbaycan tərcümə məktəbinin baniləri arasında Bağır Seyidzadənin adı xüsusi ehtiramla çəkilir, çünki onun bu sahədə xidmətləri çox böyükdür.

O, “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülmüş, “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif edilmişdir.

Bağır Seyidzadə ailəsini çox sevən insanlardan idi. Üç övladı vardı: oğlu Fuad, qızları Dilarə və Xoşqədəm. Onlar da Azərbaycan elminə, mədəniyyətinə dəyərli töhfələr vermişlər.

Natiqlər bildirmişlər ki, ümumiyyətlə Seyidzadələr nəslinin hər bir nümayəndəsi haqqında ayrıca danışmaq lazımdır. Onlardan Moskvada təyyarə zavodunun direktor müavini işləmiş İbrahim Seyidovun, Bağır Seyidzadənin bacıları - Azərbaycanın ilk torpaqşünas alimi Hüzrə xanımın və baytarlıq sahəsində görkəmli mütəxəssis Firuzə xanımın, Azərbaycanın ilk mühəndis qadınlarından olan Zəhra Seyidovanın, Azərbaycanın ilk qadın alim-travmatoloqu, professor Həqiqət Seyidovanın və başqalarının xidmətlərindən söhbət açılmışdır. Bildirilmişdir ki, Seyidzadələr nəslinin iki nümayəndəsinin - Həqiqət xanımın və Hüseyn Seyidzadənin adları Azərbaycan Ensiklopediyasına düşmüşdür.

Gecədə digər yubilyar - görkəmli kinorejissor Hüseyn Seyidzadə haqqında da ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, Azərbaycanda ilk rəngli filmin çəkilməsi Hüseyn Seyidzadənin adı ilə bağlıdır. O, Moskvada, ümumittifaq Kinematoqrafiya İnstitutunda A.Kuleşovun və S.Eyzenşteynin sinfində oxumuşdur. V.Petrov, S.Yutkeviç, Q.Aleksandrov, M.Romm, V.Pudovkin kimi tanınmış ustalarla çiyin-çiyinə çalışmışdır.

Hüseyn Seyidzadə Azərbaycan kino sənətinin qızıl fonduna daxil olmuş, dahi Üzeyir bəyin ölməz musiqili komediyası əsasında çəkilmiş “O olmasın, bu olsun”, genişformatlı “Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür”, “Qaynana” kimi məşhur ekran əsərlərinin rejissoru olmuşdur.

Tədbirdə Bağır və Hüseyn Seyidzadələrin 100 illik yubileylərinə həsr edilmiş miniatür kitabların təqdimatı olmuşdur.

Azərbaycan Respublikası “Kitab” Cəmiyyəti tərəfindən “İndiqo” nəşriyyatında yüksək poliqrafik səviyyədə çap edilmiş kitablar haqqında danışan Miniatür Kitab Muzeyinin yaradıcısı və rəhbəri Zərifə Salahova xüsusi vurğulamışdır ki, həmin nəşrlərdən biri AZƏRTAC-ın, digəri isə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunmuşdur. Diqqətə çatdırılmışdır ki, yubiley nəşrlərinə daxil edilmiş oçerklərin müəllifləri Tamilla Nuriyeva və Aydın Kazımzadədir. Hər iki kitaba yubilyarların həyat və fəaliyyətlərinin müxtəlif anlarını əks etdirən xeyli fotoşəkil daxil edilmişdir.

Gecədə iştirak edən dövlət və hökumət nümayəndələri, tanınmış elm və sənət adamları hər iki yubilyarın ömür yolundan bəhs edən və ölməz bəstəkarımız Cahangir Cahangirovun “Füzuli” kantatasının musiqisinin sədaları altında hazırlanmış fotolardan ibarət videoçarxa maraqla baxmışlar.

Gecədə, həmçinin Bağır Seyidzadənin Azərbaycanda kinematoqrafiya naziri işlədiyi illərdə ekranlaşdırılmış və Hüseyn Seyidzadənin çəkdiyi filmlərdən fraqmentlər nümayiş etdirilmişdir.

Sonda Seyidzadələr ailəsi adından çıxış edən Ülvi Seyidzadə milli mədəniyyətimizin inkişafında xidmətləri olan sənət adamlarına

göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək

Maliyyə naziri: Ötən il Azərbaycanın qeyri-neft sektoru daha da genişlənib

Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Çin alimləri kosmosda qaraciyər xəstəliklərinin inkişaf mexanizmlərini tədqiq ediblər

Sahil Babayev: Ötən il Azərbaycan üçün növbəti uğurlu il olub

Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb

Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb

“Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması”: İctimai müzakirə

Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb

Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb

NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib

Odessa sahillərində 15 ölü delfin aşkarlanıb

Dərmanların təhlükəsizliyi necə qorunur?

“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb

Çində avtomobil satışları kəskin azalıb

Azov dənizində zərər görən gəmilərin 19 nəfər azərbaycanlı heyət üzvü ölkəmizə yola salınıb

Texnobloger: Platformalar yeniyetmələr üçün xüsusi təhlükəsizlik tədbirlərini tətbiq etməlidir

Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub

Milli Kitabxanada “Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgi açılıb

Əfqanıstanda ilin əvvəlindən bəri baş verən təbii fəlakətlər 300-dən çox insanın həyatına son qoyub

Fransa və Almaniya 100 milyard avroluq döyüş hava sistemi proqramını dayandırıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

DİN: Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən olunub

İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir

Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar

“Axios”: ABŞ Trampın iradəsi xaricində Yaxın Şərqdə yenidən münaqişəyə cəlb oluna bilər

Özbəkistan məhkəmələrdə korrupsiyaya qarşı nəzarəti gücləndirir

BDU beynəlxalq reytinqdə 189 pillə irəliləyərək Azərbaycanda lider mövqeyini qoruyub

Krasnodar hava limanında 12 reys təxirə salınıb

Uşaqlar üçün məhdudiyyətlərin tətbiq edildiyi platformaların siyahısı yaxın vaxtlarda təqdim olunacaq

ABŞ-də reaktiv yanacaq istehsalı rekord həddə çatıb

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Mehmet Şimşek: Türkiyə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində addımlar atır

Tramp: İsrail və İran ən azı bir həftə qarşılıqlı hücumlar həyata keçirməyəcək

Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir VİDEO

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir VİDEO

Ağcabədi sakini zəhərlənərək həyatını itirib

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycanın U-20 millisi Ruy Jorjenin rəhbərliyi altında ilk oyununa çıxacaq

COP31 ərəfəsində Bonn şəhərində BMT-nin ikihəftəlik iqlim sessiyası keçirilir

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlərinin növbəti ümumi yığıncağı olub

Firuzə Rəsulova: Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması ən aktual tələblərdən biridir

AMB: Hazırda AZ-QR infrastrukturunun daha da genişləndirilməsi istiqamətində işlər aparılır

Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Qadın futbolçulardan ibarət Azərbaycan yığması seçmə mərhələdə son matçına çıxır

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır ŞƏRH

Futbol üzrə Azərbaycan millisi bu gün San-Marino ilə qarşılaşacaq

Əmək və əhalinin sosial müdafiəsi naziri Salyanda vətəndaşların müraciətlərini dinləyəcək

ADAU-nun müəllimləri su təsərrüfatı və ekologiyaya dair yeni kitablar tərtib ediblər

Naxçıvanda vergi daxilolmaları 2,4 faiz artıb

Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq VİDEO

Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq VİDEO

Mayda Milli Ödənişlər Sistemində Ani Ödənişlər Sisteminin payı 54 faizə çatıb

Yaponiya və Cənubi Koreya 9 ildən sonra ilk dəniz xilasetmə təlimi keçirib

Azərbaycan nefti 100 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 100 dollardan baha satılır VİDEO

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb VİDEO

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb VİDEO

Çinin xarici ticarəti 15,3 faiz çoxalıb

Oğuzda gənclər üçün “Bir gün bir könüllü gənc” layihəsi başlayır

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Tramp: Yaxın iki həftə ərzində İranla yekun razılaşmanın əldə olunacağını gözləyirəm

Vens: ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə çalışacaq

Filippinin cənubunda baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb VİDEO

Filippinin cənubunda baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb VİDEO

Tacikistanın ən böyük buzlağına yeni rəsmi ad verilib

İsveçdə kişilər və qadınlar arasında gəlir bərabərliyinə nail olmaq üçün daha 37 il tələb olunur

Biotexnoloqlar ilk dəfə insanın qaraciyər hüceyrələrini “cavanlaşdırdıqlarını” açıqlayıblar

ABŞ ordusu İrana gedən tankeri zərərsizləşdirib

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər