Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanı özünün ən fəal tərəfdaşlarından biri hesab edir  - RƏY

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanı özünün ən fəal tərəfdaşlarından biri hesab edir  -  RƏY

Bakı, 3 iyul, AZƏRTAC

Dünyanın yeni təlatümlər və dəyişikliklər dövrünə qədəm qoyduğu bir vaxtda narahatlıq doğuran bütün qlobal məsələlərin beynəlxalq münasibətlər sistemində mövcud olan ənənəvi yanaşmalarla həll edilməsi mümkünsüz görünür. Bu fonda Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) alternativ hərtərəfli əməkdaşlıq platforması kimi təqdim edilir. 2001-ci ildə yaranan Şanxay Əməkdaşlıq Təşkilatı ciddi transformasiya yolu keçib. Hazırda doqquz üzvü olan təşkilat müşahidəçilər və dialoq üzrə tərəfdaşlarla birlikdə 26 ölkəni bir araya gətirir. Başqa sözlə, təşkilat üç milyarddan çox insanı - dünya əhalisinin 40 faizindən çoxunu birləşdirir. ŞƏT-in əsas prinsipləri olan qarşılıqlı etimad və mehriban qonşuluq münasibətlərinin gücləndirilməsi çoxsaylı ölkələri birləşdirən dəyərlər kimi çıxış edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Nağı Əhmədov söyləyib.

Ekspert bildirib ki, Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən ŞƏT-in Zirvə toplantısında regional təhlükəsizlik, iqtisadi və siyasi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün üzv ölkələrin liderləri bir araya gələcəklər. Sammitdə qlobal inkişafa mane olan siyasi, iqtisadi və humanitar problemlər də daxil olmaqla çoxsaylı məsələlərin həllində ŞƏT-in roluna diqqət yetiriləcək.

“Təbii ki, terrorizm, separatizm və ekstremizmlə mübarizə ŞƏT-in əsas prioriteti olaraq qalır. Eyni zamanda, Belarusun Astana Sammitində təşkilata tamhüquqlu üzv olacağı gözlənilir. Bununla da üzv dövlətlərin sayı 10-a çatacaq. Belarusun təşkilata qoşulmasından sonra ŞƏT Avropadan, Yaxın Şərqdən Cənubi və Şərqi Asiyaya qədər geniş coğrafi ərazini əhatə edəcək.

Təhlillər onu deməyə əsas verir ki, ŞƏT-in nüfuzu və beynəlxalq statusu hər il daha da artır. Təşkilata qoşulmaq üçün müraciətlərin sayının artması da bunu sübut edir. Bunun başlıca səbəbi ŞƏT-in “inkişaf naminə əməkdaşlıq” formulunu təklif etməsidir. Qarşılıqlı etimad, qarşılıqlı fayda, bərabərlik, məsləhətləşmələr, mədəni müxtəlifliyə hörmət və ümumi inkişafa can atmaq kimi əsas dəyərləri özündə ehtiva edən “Şanxay ruhu” təşkilat daxilində inteqrasiya proseslərində vacib rol oynayır”, - deyə N.Əhmədov diqqətə çatdırıb.

Ekspert ŞƏT-in bir təşkilat kimi güclənməsinə baxmayaraq, bu gün, həmçinin bir sıra çağırışlarla üz-üzə olduğunu da deyib. Bildirib ki, ŞƏT ölkələrinin bu gün qarşılaşdığı ən ciddi problemlərdən biri iqlim və ətraf mühit məsələsidir. Xüsusilə Mərkəzi Asiya regionu iqlim dəyişikliyinə qarşı həssasdır, qlobal istiləşmə və dəyişkən hava şəraiti bölgə ölkələrinin ekosistemlərini pozur. Xəzər dənizinin suyunun çəkilməsi və çirklənməsi, Mərkəzi Asiyada buzlaqların, Sırdərya və Amudərya hövzələrində suyun həcminin azalması, Aral gölünün quruması arzuolunmaz nəticələrə gətirib çıxarır. Bu baxımdan Astana Sammitində COP29-a ev sahibliyi edəcək Azərbaycan xüsusi diqqət mərkəzində olacaq.

N.Əhmədov Azərbaycanın ŞƏT ilə fəal əməkdaşlıq qurmaqda maraqlı olduğunu dəfələrlə bəyan etdiyini vurğulayaraq bildirib: “Prezident İlham Əliyevin son illər ŞƏT-in sammitlərində müntəzəm iştirakı bunun bariz nümunəsidir. Azərbaycan Prezidentinin 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Sammitdən sonra Astanada keçirilən Zirvə toplantısına da dəvət edilməsi dolayısı ilə Azərbaycanın artan nüfuzunun üzv ölkələr tərəfindən qəbul olunmasının göstəricisidir. Azərbaycan bu təşkilata bütün dünyada sabitliyin bərqərar olması işinə fəal töhfə verən bir mexanizm kimi baxır. Rəsmi Bakı, həmçinin ŞƏT-ə ümumi əməkdaşlıq platforması kimi baxmaqla yanaşı, üzv dövlətlərlə uğurlu ikitərəfli münasibətləri inkişaf etdirməyi xarici siyasətinin prioritetlərindən biri hesab edir. Bu, qarşılıqlıdır, belə ki, ŞƏT də Azərbaycanı özünün fəal tərəfdaşlarından biri hesab edir və Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına əhəmiyyət verdiyini bəyan edib. Azərbaycan da, öz növbəsində, ŞƏT çərçivəsində Orta Dəhliz və “Bir kəmər, bir yol” təşəbbüsünün sinerjisi ilə Avropa ilə Asiya arasında nəqliyyat əlaqəsini təşviq etməyi təklifini irəli sürüb.

Bu il fevralın 8-də Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mini qəbul edərkən Azərbaycan ilə ŞƏT arasında əlaqələrin hərtərəfli inkişafı üçün böyük imkanların olduğunu bildirib. Bu bəyanat ŞƏT-in böyük potensialına dair Azərbaycanın gözləntilərini əks etdirir. Beləliklə, Astana Sammitinin ŞƏT-in bütün üzvlərinə və tərəfdaşlarına fayda gətirəcək həllər tapmağa kömək edə biləcəyinə ümidlər böyükdür. Dolayısı ilə təşkilatın yaxın gələcəkdə inkişaf trayektoriyasını davam etdirəcəyi və cəlbediciliyini artıracağı gözlənilir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: Ötən gün 54 cinayətin üstünün açılması təmin olunub

Fransada yanğında 7 nəfər həlak olub

Çində leysan səbəbindən 200-dən çox qatar səfəri ləğv edilib

Çində ticarət mərkəzində baş verən yanğında 16 nəfər ölüb

“Kaledoniya Hava Yolları” əməkdaşlarının böyük qismini ixtisar edir

Türkiyə ilə Afrika ölkələri arasında əməkdaşlıq genişlənir

Dünyanın ən təhlükəli patogenlərindən birinin ölümcül sirri açılıb

ABŞ Prezidenti COVID-19-a yoluxub

Alimlərin yuxu problemi olanlar üçün təklifi irəli sürüblər

Avropada dəmir yollarına ən az investisiya qoyan ölkə Fransadır

Ayda kəşf edilən mağara insanların məskunlaşması üçün əlverişli şərait yarada bilər

Moldova 2030-cu ilə qədər hərbi xərclərin ÜDM-də payını 1 faizə qədər artıracaq

Britaniyalı müğənni Adel musiqi fəaliyyətinə fasilə verəcək

Balakəndə qəza törədən motosikletçi komaya düşüb

Azərbaycan millisinin futbolçusu Polşa klubuna keçib

Qardabanidə uşaqlara “İçərişəhərin sirli sakini” adlı kitab hədiyyə olunub

Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı sərgisi açılıb

BBC Banqkokda 6 vyetnamlının həlak olmasının detallarını açıqlayıb

Beynəlxalq Miqrasiya Təşkilatı: Sudanda baş vermiş müharibə səbəbindən 10 milyondan çox insan köçkün olub

Naxçıvanda aqrar sahədə lizinq fəaliyyətinin təşkilinə dair təlim keçirilib

Türkiyə Prezidenti Kipr Sülh Əməliyyatının 50-ci ildönümü proqramlarında iştirak edəcək

Sosial şəbəkədə səfir Polad Bülbüloğlunun adından saxta videomüraciət yayılıb

Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri ilə COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan idmançılarının Paris Olimpiadasına yolasalma mərasimi keçirilib

Konfrans iştirakçılarının Şuşa şəhərinə səfəri başlayıb

Ukrayna 95 nəfəri Rusiya əsirliyindən geri qaytarıb

XİN: Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycan idmançılarının Paris Olimpiadası üçün vahid idman forması təqdim olunub

Azərbaycanın futbol klubları Türkiyədə təlim-məşq toplanışları keçirir

“Paris-2024”: Azərbaycan komandasının bayraqdarları bəlli olub

Macar ekspert: Macarıstan Azərbaycanla “qaz dostluğu” yox, qardaşlıq dostluğu qurur - MÜSAHİBƏ

Polkovnik Cəlil Xəlilov: Azərbaycanın sülh səylərini dəstəkləmək Ermənistanı yeni məğlubiyyətdən və böhrandan xilas edə bilər

Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diasporu nümayəndələri Füzuliyə və Şuşaya səfər ediblər VİDEO

“Şerif”in baş məşqçisi: Sabahkı oyunda revanş üçün çalışacağıq

Naxçıvanda aktiv POS-terminalların sayı 3,6 dəfə artıb

Fransanın xarici borcu 800 milyard avroya çatıb

Peşə öyrənən yeniyetmə və gənclər erkən nikahın mənfi nəticələri ilə əlaqədar təlimdə iştirak ediblər

"Şerif"in futbolçusu: Yaxşı rəqibə qarşı oynayacağıq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Sabah Suraxanının bəzi ərazilərinə qazın verilişi müvəqqəti dayandırılacaq

BSU-nun Tədbirlər Planına uyğun təşkil olunan yay məktəbinin iştirakçıları ilə görüş keçirilib

Yakutiyada daşqınlar nəticəsində 4,8 min nəfər zərər çəkib

Cənubi Koreyada güclü yağışlar nəticəsində yüzlərlə ev su altında qalıb

Rəşad Sadıqov: Hər şeyə hazır olmalıyıq

Dövlət Vergi Xidməti 17 milyon manatdan çox vurulmuş ziyanın dövlət büdcəsinə ödənilməsini təmin edib

"Zirə"nin müdafiəçisi: Azarkeşlərimizin dəstəyinə ehtiyacımız var

Azərbaycan ilə İsrail arasında elm və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Münxendə Ümumdünya QİÇS Konfransı (AIDS 2024) keçiriləcək

Özbəkistan BOE sayəsində 500 milyon kubmetr qaza qənaət edib

Loqoped: Uşaqlarda kəkələmənin əsas səbəbi beynin müəyyən mərkəzlərində həddindən artıq aktivlikdir

İtaliyanın antiinhisar təşkilatı “Armani” və “Dior” şirkətlərində araşdırmalara başlayıb

DİM məşqçilik ixtisası üzrə imtahan verəcək abituriyentlərə müraciət edib

“ChatGPT”də 180 milyon insan qeydiyyatdan keçib

Prezident To Lam: Vyetnam Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığı gücləndirmək istəyir

Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşıb

Amerika Kubokunun finalında zədələnən Messinin son durumu açıqlanıb

Bu il İKZF-in vəsaiti hesabına 230 milyon manatdan çox ipoteka krediti verilib

Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Gəncədə seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminar keçirilib VİDEO

Narkokuryerliyə cəlb olunan daha iki nəfərdən 26 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən COP29-la əlaqədar maarifləndirmə xarakterli növbəti tədbir keçirilib VİDEO

Ağdam Dövlət Dram Teatrı 101-ci mövsümə “Mübariz” tamaşası ilə yekun vurub

“Paris-2024”: Azərbaycanın daha bir idmançısına lisenziya verilib

Masallıda fəaliyyət göstərən kafenin fəaliyyəti məhdudlaşdırılıb

Qərbi Balkan ölkələrində anomal istilər hökm sürür

Dövlət və özəl müəssisələrin xidmətlərindən istifadə zamanı şəxsiyyət vəsiqəsi rəqəmsal formada təqdim olunacaq

“Birləşdik – 2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Banqladeşdə universitetlər və kolleclər qeyri-müəyyən müddətə bağlanıb

Fahrettin Altun: Oxucular “Azərbaycanın sirləri” kitabı vasitəsilə dəyərli məlumatlar əldə edə biləcəklər

Rumıniyadan alınan elektrik enerjisi Moldovaya 4 dəfə baha başa gəlir

Naxçıvanda əmlak xidmətlərinə müraciətlər kəskin artıb

Qafqaz İnvestisiya Forumunda regional əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı-Quba yolunun ödənişli hissəsində xüsusi çip yerləşdirilmiş kartlardan istifadəyə başlanılır

Kral Çarlz Britaniya parlamentində çıxış edib

Parisdə Olimpiada üçün hərbi düşərgə ayrılıb

ŞKTC parlamentinin spikeri: Qarabağ müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anırıq

“AzerGold” tərəfindən Daşkəsəndə növbəti vətəndaş görüşü keçirilib

Mədəniyyət paytaxtımız Şuşada növbəti Vaqif Poeziya Günləri keçiriləcək

“Süni intellekt və rəqəmsal inkişaf: mövcud reallıqlar və gələcəyə baxış” - elmi konfrans

Qazaxıstanda arxeoloji tapıntı elmi müzakirələrə səbəb olub

Türkiyənin İKT şirkətləri Azərbaycanda fəaliyyətini genişləndirir

Azərbaycan Malayziyada “İslamofobiya və təhsil” mövzusunda beynəlxalq dəyirmi masada təmsil olunur

“Real Madrid” Luka Modriçlə müqavilənin müddətini uzadıb

BMU-nun rektoru yay məktəbində tədris aparan koreyalı müəllimlərlə görüşüb

® Mərkəzi Gömrük Hospitalının Patomorfoloji diaqnostika şöbəsində müayinələr yüksək dəqiqliklə aparılır

ƏDV-nin qaytarılması üçün portalda 3 milyona yaxın istifadəçi qeydə alınıb

“Sumqayıt”ın baş məşqçisi: İnanıram ki, avrokubok və çempionat oyunlarında əvvəlki səhvləri təkrarlamayacağıq

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib

ABŞ FTB Trampa sui-qəsdin cavab hücumları barədə xəbərdarlıq edib

Rusiya və Ukrayna əsirlərin mübadiləsini həyata keçirir

Loqoped: Qız və oğlanların nitqləri arasında fərq onların fizioloji inkişaf xüsusiyyətlərindən asılıdır

Moldovanın Baş naziri vətəndaşları suya qənaət etməyə çağırıb

Yunanıstandan heyvandarlıq və quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

İsveçrədə mühafizəkarlar “Eurovision”a qarşı çıxırlar

Aqrar Tədqiqatlar Mərkəzinə yeni direktor təyin olunub

İlahiyyat İnstitutunun tələbələri xaricdə təhsillərini müvəffəqiyyətlə başa vurublar

Azərbaycan Premyer Liqasında ilk turun proqramı açıqlanıb

® “Silk Way Airlines” ağ balinaların yeni məkana köçürülməsi missiyasını uğurla tamamlayıb