“SARA XATUN” TAMAŞASININ MƏŞQLƏRİNƏ BAŞLANILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Dövlət Gənclər Teatrında Nizami Saraclının əsəri əsasında rejissor, əməkdar incəsənət xadimi Rəhman Əlizadənin quruluşunda eyniadlı tamaşanın məşqlərinə başlanılmışdır.
Tamaşada Ağqoyunlu dövlətinin siyasi həyatında mühüm rol oynamış, Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara Xatunun həyat və diplomatik fəaliyyətindən bəhs olunur. Tamaşada Ağqoyunluların dövlət müstəqilliyinin saxlanılmasında diplomat qadının Osmanlı sultanı II Mehmetlə bağladığı Yassıçəmən müqaviləsinin əhəmiyyəti diqqətə daha qabarıq çatdırılır.
Premyerası iyunun axırlarında nəzərdə tutulan yeni səhnə əsərində əsas rollarda əməkdar artistlər Qəmər Məmmədova, Ayşad Məmmədov, aktyorlardan Elşən Çarxanlı, Natiq Aslan, Rəzzaq Məmmədov, Rəşad Cəfərov və başqaları məşq edirlər.
Tamaşanın rəssamı Vüqar Əlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]