“Sarı jiletlər” etiraz aksiyasının 11-ci həftəsində 69 min nümayişçi iştirak edib
Paris, 26 yanvar, AZƏRTAC
Fransada “sarı jiletlər” etiraz aksiyasının 11-ci həftəsində 69 min aksiyaçı iştirak edib, keçən həftə ilə müqayisədə iştirakçıların sayı azalıb.
AZƏRTAC xəbər verir ki, Parisdə 4000 aksiyaçı olduğu qeyd edilib. Bastiliya meydanına toplaşan aksiyaçılar polis tərəfindən dağıdılıb. Qarşıdurmada yaralananlar var. Etiraz aksiyasının təşkilatçılarından olan Jerom Rodrige gözündən yaralanıb.
Parisdə və digər böyük şəhərlərdə polislə qarşıdurma zamanı gözyaşardıcı qazdan və su şırnağından istifadə olunub.
Nümayişçilər “sarı gecə” aksiyası üçün Respublika meydanına toplaşıblar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris