Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səbinə Ağayeva: Çətinliklərlə dolu bir dünyada uşaqlara parlaq illüstrasiyalı, pərilər və sehr haqqında hekayələrlə əsl nağıllar lazımdır - MÜSAHİBƏ

Səbinə Ağayeva: Çətinliklərlə dolu bir dünyada uşaqlara parlaq illüstrasiyalı, pərilər və sehr haqqında hekayələrlə əsl nağıllar lazımdır - MÜSAHİBƏ

Stokholm, 24 iyun, Nərgiz Cəfərli, AZƏRTAC

Qardaş və bacı, Mateo və Məryəm bir gecə ulduz tozu, pıçıldayan meşələr və sirli canlılarla dolu sehrli yuxu dünyasında oyanırlar. Onlar çox gec olmadan Xəyallar Krallığını xilas etmək üçün Qızıl Ulduzu tapmalıdırlar.

Bu Disney və ya Pixar deyil! Bu, İsveç dilində Drömmarnas rike (Xəyallar Krallığı) adlı uşaq kitabı yazan həmyerlimiz Səbinə Ağayevanın debütüdür.

Səbinə Ağayeva AZƏRTAC -a müsahibəsində kitabın ideyasının necə yarandığı və ideyadan nəşrə kimi keçən yol barədə bəhs etdi.

– Səbinə xanım, debütünüz münasibətilə Sizi təbrik edirik! Kitabı yazmağa sizi kim və ya nə ruhlandırdı?

– Düzünü desəm, kitab yazmaq barədə heç vaxt ciddi düşünməmişəm. Mən iki uşaq anası olaraq onlara tez-tez kitablar alıram və onlarla birlikdə oxuyuram. Lakin İsveçdə uyğun ədəbiyyat tapmaq mənim üçün olduqca çətindir. Bəzi kitablar soyuq görünür, digərlərində darıxdırıcı, qorxulu illüstrasiyalar var. Bəzən hekayələrdə bəyənmədiyim mesajlar gizlənir. Çətinliklə dolu bu dünyada uşaqlara parlaq, rəngarəng illüstrasiyalarla, pərilər və sehr haqqında hekayələrlə əsl nağıllar lazımdır.

Yoldaşımla çox vaxt qızımız üçün nağıllar uydururduq və bundan çox həzz alırdım. Beynimdə o qədər çox personajlar yaranırdı ki, günlərin bir günü düşündüm: görəsən bundan gözəl uşaq kitabı əmələ gələ bilər?

Bu fikri həyat yoldaşımla bölüşəndə o dedi: “Niyə də olmasın?! Yaz, nəşr et, qoy uşaqlar oxusun. Satılmasa belə, bu, gözəl ailə xatirəsi olacaq”. Bu fikir çox ürəyimcə oldu.

Mən heç vaxt kompüter arxasına “bax, indi kitab yazacağam” fikirilə əyləşməmişəm. Sadəcə ağlıma gələn səhnələri unutmamaq üçün telefonuma yazırdım. Vaxt keçdikcə onları birləşdirməyə, mətni kompüterə yığmağa başladım. Epizodları və personajları yazırdım, silirdim, redaktə edirdim, yerlərini dəyişirdim. Bu mənim əsl hobbimə çevrildi.

Mətn kifayət qədər həcmli olanda əvvəlcə həmkarıma, sonra qonşuya, tanışıma göstərdim. Və aldığım müsbət rəylərin sayı artdıqca, həvəsim bir o qədər artırdı. Nəticədə tamamilə hazır bir mətn alındı, onun baş qəhrəmanları isə uşaqlarım - Mateo və Məryəm idi.

– Kitabda Büsra Sahin Aksunun yaratdığı gözəl və həqiqətən sehrli illüstrasiyalar yer alıb. Əməkdaşlığınız necə başladı?

– İsveç uşaq kitablarının üslubu mənim zövqümə tam uyğun deyil, buna görə də Azərbaycanda və Türkiyədə illüstrator axtarmağa başladım. Dostlarım, qohumlarım və instaqram vasitəsilə onlara müraciət etdim. Təəssüf ki, Azərbaycanda uyğun namizəd tapmaq mümkün olmadı, amma Türkiyədə bir neçə uşaq illüstratoru tapdım. Onların hər biri ilə yazışdım, şəxsi işlərinə baxdım və sonda Büsra xanımı seçdim. Onun rəsmləri mənə ən səmimi və canlı göründü, özü də səmimi və xeyirxah insan təəssüratı yaratdı. Biz birgə işə başladıq və yavaş-yavaş, addım-addım hər ikimizi qane edən bir nəticəyə gəldik. Bu, hər ikimiz üçün kitab üzərində işlə bağlı ilk təcrübə idi və bəlkə də buna görə ümumi dil tapmaq bizim üçün asan oldu - xüsusən də uşaqlarımızın eyni yaşda olduğunu nəzərə alsaq.

– İsveçdə, xüsusən də debüt edən müəllif olaraq kitab nəşr etmək nə dərəcədə çətin idi?

– Mənim üçün ən xoş mərhələlər mətn yazmaq və illüstrasiyalar üzərində iş idi. Lakin bundan sonra başlayan hər nə isə əsl başağrısı oldu.

İsveçdə kitab nəşr etməyin üç əsas yolu var. Birincisi, isveçlilərin özlərinin dediyi kimi ənənəvidir: siz əlyazmanı bir nəşriyyata göndərirsiniz və altı aya qədər cavab gözləyirsiniz. Əlyazma qəbul edilərsə, nəşriyyat bütün prosesi - dizayn, çap, marketinq və s. öz üzərinə götürür. Lakin müəllif gəlirdən cəmi 10-15 faiz əldə edir. Yeni gələnlər üçün, xüsusən də uşaq kitablarının müəlliflərinə nailiyyət qazanmaq çətin olur.

İkincisi hibrid yoldur. Bu halda xərclər müəlliflə nəşriyyat arasında bölünür. İşi nəşriyyat görür, lakin müəllif prosesə daha az nəzarət edir. Gəlirin çox hissəsi bir qayda olaraq, nasirdə qalır.

Üçüncü yol isə müstəqil şəkildə nəşrdir. Bütün xərclər və təşkilati məsələlər müəllifin çiyninə düşür, lakin bütün gəlir də ona çatır. Eyni zamanda redaktə, dizayn, çap və digər mərhələləri həyata keçirən şirkətlərə fərdi xidmətlər sifariş etmək olar. Mən məhz bu üçüncü yolu seçdim və “Lava” nəşriyyatı ilə əlaqəli “Vulkan Media” şirkətində xidmətlər paketini aldım. Paketə dizayn, çap və anbarda saxlama xidmətləri daxil idi. Kitablar çapdan sonra onlarda saxlanılırdı və sifarişlər daxil olduqda əməkdaşlar onları qablaşdıraraq oxuculara göndərirdilər. Bütün xərcləri, o cümlədən illüstrator Büsra xanımın işinin ödənişini özüm qarşılayırdım.

Bu yolun əsas çatışmazlığı ondan ibarətdir ki, reklam və tanıtımla bağlı hər şey sırf müəllifin üzərinə düşür. Nəşriyyat yoxdur, PR dəstəyi də yoxdur. Hər şeyi özün etməyə məcbursan.

Bundan əlavə, İsveçdə yüksək bürokratiya dərəcəsini nəzərə almaq lazımdır - hər şey çox uzun vaxt aparır. Şirkətlə ilk əlaqə qurduğum andan hazır kitabları alana qədər dörd ay yarım çəkdi. Dizayn prosesinə şəxsən müdaxilə etməli, bəyənmədiklərimdə dəyişiklik etməli oldum. Bayramlara, xəstəliklərə, məzuniyyətlərə görə də fasilələr oldu.

- Oxucular yaradıcılığınızın davamını gözləsinlərmi?

- Uzun və yorucu bir yol olmasına baxmayaraq, mən bu prosesdə çox şey öyrəndim. Düşünürəm ki, davamı mütləq olacaq - təbii ki, vaxt və maliyyə imkanları imkan verərsə.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qalatasaray”da ayrılıq yaşanıb

Şəkidə iritonnajlı avtomobildə baş verən yanğın söndürülüb

“Geridə qalmışlığın üstünlüyü”nün Çin nümunəsi – ARAŞDIRMA

Qarabağ suvarma kanalında kişi meyiti aşkarlanıb

İtaliyada bir nəfər uçuş-enmə zolağında təyyarənin mühərrikinə sovrulub

Hidrometeoroloqlar anomal istilərlə bağlı istanbullulara xəbərdarlıq ediblər

Şamaxıda “Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı keçirilib

Rəhman Hacıyev: “Qarabağ gecəsi” xeyriyyə konsertindən toplanılacaq vəsait İşğal və Zəfər Muzeyi Kompleksinə yönəldiləcək

Fransanın cənubunda meşə yanğınları Marsel hava limanının bağlanmasına səbəb olub

Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə edilib YENİLƏNİB

“Sabah”ın baş məşqçisi: Söz verirəm ki, azarkeşlərə baxımlı oyun nümayiş etdirəcəyik

Amerikalı məktəbli Yusif nəyə görə mənimlə Azərbaycan dilində danışmağı seçdi?

“Sabah”ın qazaxıstanlı qapıçısı: "Selye" ilə oyunlarda şanslar əlli-əlliyədir

Konstitusiya Məhkəməsinin Plenumu Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxıb

“TALAY”ın yeni modeli IDEF 2025-də nümayiş etdiriləcək

BMMT-yə üzv ölkələrin müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb

COP29-un İqlim üzrə gənclər çempionu: Gənclərin səsi iqlim siyasətində eşidilməlidir – MÜSAHİBƏ VİDEO

COP29-un İqlim üzrə gənclər çempionu: Gənclərin səsi iqlim siyasətində eşidilməlidir – MÜSAHİBƏ VİDEO

Baş nazir Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və hüquqi varislər ifadə veriblər

QHT-lərin BMT-də təmsilçiliyi ilə bağlı növbəti təlim keçirilib

Rəvan Həsənov: Azərbaycan müxtəlif dinlərə və mədəniyyətlərə hörmətin təşviqində fəal rol oynayır

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə bağlı görülmüş işlər açıqlanıb VİDEO

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə bağlı görülmüş işlər açıqlanıb VİDEO

Mənzil alarkən ƏDV-ni əldə etmək üçün nələri bilməliyik? VİDEO

Mənzil alarkən ƏDV-ni əldə etmək üçün nələri bilməliyik? VİDEO

Əməkdar artist: Azərbaycan musiqisi öz əsrarəngizliyi ilə alman dinləyiciləri heyran edib

Keniyanın paytaxtında və yaxınlıqdakı şəhərlərdə olan xəstəxanalar etirazlar zamanı vandalizm aktlarına məruz qalıb

Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

İspaniyada ənənəvi öküz qaçışı zamanı bir neçə nəfər xəsarət alıb

Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq

Dendrologiya İnstitutunda dayanıqlı meşə ekosistemləri üzrə forum təşkil edilib

“Zirə”nin Konfrans Liqasındakı rəqibi yeni futbolçu transfer edib

Türkiyəli ekspert: ECO-nun Xankəndi Zirvə görüşü regionda həmrəylik ruhunu gücləndirib

"İkitərəfli əməkdaşlıq gündəliyi: çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsi təşkil olunub

İcbari Sığorta Bürosu və Əməyin Mühafizəsi Mərkəzi birgə təlimlər keçirir

® “Unibank”ın İdarə Heyəti yenidən formalaşdırılıb

Bugünkü hərracda 16 nəqliyyat vasitəsi satılıb

Dövlət Komitəsinin sədri keçmiş məcburi köçkünlərin müraciətlərini dinləyib

COP29 Sədrliyi Vyanada UNIDO və OPEC tədbirlərində ölkəmizi təmsil edəcək

17 milli standart layihəsinin təsdiq edilməsi məqsədilə qərar qəbul olunub

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 11,1 faiz artıb

Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı verib

Rusiya Stokholmdakı diplomatik nümayəndəliyinə hücumlardan sonra İsveçi fəaliyyətsizlikdə ittiham edib

Texniki reqlamentlərin hazırlanması, ekspertizası, qəbulu, onlarda dəyişikliklər edilməsi QAYDALARI

“Texniki reqlamentlərin hazırlanması, ekspertizası, qəbulu, onlarda dəyişikliklər edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

AMEA Naxçıvan Bölməsində Azərbaycan mətbuatının 150 illiyi qeyd olunub

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Rehabus” layihəsi üzrə əlilliyi olan 2 mindən çox şəxsə xidmət göstərilib

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında fəlakət və böhranların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Pakistan Milli Assambleyasının sədri “ASAN xidmət”də olub

İ.İ.Vəliyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ekspert: ECO zamanla Böyük Avrasiyanın iqtisadiyyatında özünəməxsus “üçüncü qütbə” çevrilə bilər – MÜSAHİBƏ

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Azərbaycanın basketbol millisi Avropa çempionatında növbəti qələbəsini qazanıb

Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi mexanizmi

Təhsil İnstitutunun şöbə müdiri: MİQ-in elektron formada təşkili qiymətləndirmə prosesində insan amilini minimuma endirir

“Sumqayıt”ın serbiyalı yeni baş məşqçisi: Hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır

Bolqarıstan gələn il yanvarın 1-dən avrozonaya daxil olacaq

Almaniyanın naziri: Aİ Tramp ilə ədalətli ticarət sövdələşməsinə nail olmasa, əks tədbirlər görəcək

Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək

Qırmızı dənizdə PUA hücumuna məruz qalan gəmidə iki nəfər həlak olub

AMB 3 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini bərpa edib

Ağdam Sənaye Parkında lift və eskalator istehsalı müəssisəsi yaradılacaq

KOBİA-nın təşkilatçılığı ilə Neftçala sahibkarları ilə görüş keçirilib

Dünyada epizootik vəziyyətlə bağlı son vəziyyət – VİDEOMƏLUMAT

Dünyada epizootik vəziyyətlə bağlı son vəziyyət – VİDEOMƏLUMAT

® “AccessBank” “Lənkəran” filialının damının əsaslı təmiri üzrə tender elan edir

Çinin Baş naziri: Pekin çoxtərəfli ticarət sistemini qorumağa davam edəcək

Yeni geosiyasi reallıq

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 13 faiz artıb

Milli Mətbuat Günü münasibətilə media nümayəndələri arasında şahmat turniri keçiriləcək

Türkiyənin qadınlardan ibarət basketbol millisinin baş məşqçisi ilə yollar ayrılıb

Qoşqarçay üzərində bəndlər, Günəş, su və külək enerjisi... –  STARTAP LAYİHƏSİ VİDEO

Qoşqarçay üzərində bəndlər, Günəş, su və külək enerjisi... – STARTAP LAYİHƏSİ VİDEO

Yol polisi motosiklet sürücüləri ilə profilaktik tədbirləri davam etdirir

BDU əməkdaşlarının yeni dərs vəsaiti nəşr olunub

Ədliyyə Akademiyası Vəkillər Kollegiyasının sədrini təltif edib

Heydər Əliyev Mərkəzində “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib   YENİLƏNİB VİDEO

Heydər Əliyev Mərkəzində “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib  YENİLƏNİB VİDEO

Folklorun milli təhsildəki rolu araşdırılıb

Türkiyənin rəsmi nümayəndə heyəti Pakistana səfər edəcək

INSEE: Fransa əhalisinin 15 faizdən çoxu yoxsulluq həddindən aşağı səviyyədə yaşayır

Natiq Məmmədli: Ulu Öndər jurnalist peşəsinə daim yüksək qiymət verib VİDEO

Natiq Məmmədli: Ulu Öndər jurnalist peşəsinə daim yüksək qiymət verib VİDEO

AMEA-da “Mifopoetik və filoloji düşüncədə mif konsepsiyaları” kitabının təqdimatı olub

Ötən il SOCAR-ın ümumi aktivlərinin həcmi 94,7 milyard manata çatıb

Azərbaycan və Kolumbiya milli kitabxanaları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi müzakirə edilib

® Sənayenin inkişafında maneələrin və çətinliklərin aradan qaldırılmasına start verilib

"Sumqayıt" klubunun hazırlıq planı açıqlanıb

ƏƏSMN ilk dəfə BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının təşkil etdiyi müsabiqələrdə qalib olub

Çində oksigensiz şəraitdə qalmış 300 min il əvvələ aid taxta alətlər tapılıb

Azərbaycan və Sloveniya TAP ilə qaz nəqlinin 1,2 milyard kubmetr artırılmasını müzakirə edib

"Milli həmrəyliyin gücləndirilməsi: diaspor fəaliyyəti və konsulluq məsələləri” mövzusunda panel müzakirəsi olub

İşğaldan azad edilmiş ərazilərdə epizootoloji monitorinq keçiriləcək

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

Əməyin Mühafizəsi Mərkəzi və İcbari Sığorta Bürosu birgə təlimlərə start verib

Naxçıvanda növbəti “SUVAR” aksiyası keçirilib

Mixail Qusman: Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfrans keçirilməsini təklif edirəm VİDEO

Mixail Qusman: Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfrans keçirilməsini təklif edirəm VİDEO

Qabiliyyət imtahanları davam edir

“Arsenal” Danimarka millisinin futbolçusu ilə anlaşıb

Danimarkanın Baş naziri: Avropada müdafiə xərclərinin son 30 ildə azaldılması böyük səhv idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 621 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Media: Dohada HƏMAS ilə İsrail danışıqları davam edir