İQTİSADİYYAT
Sədr: Hazırda 15 xarici şirkət “Cypho”nu tətbiq edir VİDEO
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində tələbələr həm təhsil alır, həm də daha təcrübəli həmkarları ilə yerli kibertəhlükəsizlik məhsulları üzərində çalışırlar. Artıq ilk yerli kibertəhlükəsizlik məhsulu olan “Cypho” bir neçə dövlət qurumlarında, yerli şirkətlərdə, bankda istifadə olunur.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva deyib.
Onun sözlərinə görə, hazırda 15 xarici şirkət “Cypho”nu tətbiq edir.
“Ümid edirik ki, daha bir neçə xarici şirkətə “Cypho”nun satışı baş tutacaq. Kibertəhlükəsizliyin ölkəmiz üçün prioritet istiqamət olduğunu nəzərə alsaq, uğurlar çox vacibdir”, - deyə İnarə Vəliyeva əlavə edib.