SƏFƏR BAŞA ÇATDI
AZƏRTAC xəbər verir ki, mayın 19-da Koreya Respublikasının Baş naziri Han Sın Sunun Azərbaycana rəsmi səfəri başa çatmışdır.
Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Hava limanında Koreya Respublikasının Baş naziri Han Sın Su jurnalistlərə müsahibə vermişdir. Baş nazir demişdir ki, səfərim zamanı mən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində Azərbaycanın yüksək templərlə inkişafının şahidi oldum. Azərbaycanın iqtisadi inkişafını gördüm və xüsusi qeyd etmək istərdim ki, ölkələrimiz arasında iqtisadi əlaqələr ikitərəfli əməkdaşlığın əsasını təşkil edir. Hesab edirəm ki, sıx əməkdaşlıq nəticəsində ölkələrimiz arasında əlaqələri daha da əlverişli edə bilərik.
Koreya Respublikasının Baş nazirini və onun xanımını Azərbaycanın Baş naziri Artur Rasizadə və digər rəsmi şəxslər yola saldılar.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]

