SİYASƏT
Səfir: Bakının mərkəzində Gürcüstan səfirliyinə ərazinin ayrılması əlaqələrimizin möhkəmləndirilməsi üçün çox vacibdir

Tbilisi, 17 yanvar, AZƏRTAC
Gürcüstanın yeni səfirliyi Azərbaycan paytaxtının mərkəzi hissəsində yerləşəcək ki, bu da dost ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze söyləyib.
Gürcüstanın Baş nazirinin Azərbaycana səfərini çox mühüm hadisə adlandıran diplomat deyib: “Bu gün Azərbaycan Prezidenti, Baş naziri ilə görüşlər keçirilib, hökumətlərarası iqtisadi komissiyanın iclası təşkil olunub. Gürcüstan səfirliyinin tikintisi üçün Azərbaycan hökumətinin ayırdığı torpaq sahəsinə baş çəkmək imkanımız oldu. Qeyd edək ki, torpaq sahəsi Azərbaycan paytaxtının mərkəzində yerləşir və 3500 kvadratmetr ərazini əhatə edir. Bu ərazidə Gürcüstan səfirliyi yerləşəcək. Bu ərazidə də müxtəlif layihələr həyata keçiriləcək, səfirin iqamətgahı, konsulluğun qəbul şöbəsi və səfirliyin əsas binası olacaq. Hesab edirəm ki, bu fakt qonşu və dost ölkələrimiz arasında əlaqələrin inkişafı və möhkəmlənməsi üçün çox vacibdir”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.02.2025 [18:37]
Baş nazir Əli Əsədov İrana işgüzar səfər edib
- 17.02.2025 [17:45]
Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib
- 17.02.2025 [14:51]
Vyanada ATƏT Parlament Assambleyasının 24-cü qış sessiyası keçiriləcək
- 17.02.2025 [13:02]
Münxen Təhlükəsizlik Konfransı: Dünyanın reallıqları və perspektivlər
- 17.02.2025 [12:00]
Qaradağlı faciəsindən 33 il ötür
- 16.02.2025 [09:37]