Səfir: Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilişi gələn il başa çatdırıla bilər

Bakı, 23 aprel, AZƏRTAC
Orta Dəhliz üzrə yükdaşımalar davam etdirilir. Eyni zamanda Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi üzrə işlər də plan üzrə gedir. Bu prosesin gələn il başa çatdırılması nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan-Qazaxıstan Ekspert Şurasının IV iclasında Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib.
Diplomat yüksəksəviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafına verdiyi töhfələrdən söz açıb. Onun sözlərinə görə, Qazaxıstanın istehsal etdiyi yaşıl enerjinin Azərbaycan üzərindən Avropaya ixracına başlanması üzrə də işlər davam etdirilir.
“Qarşılıqlı ticarət və turizmin inkişafı üzrə göstəricilər ildən-ilə artır. Biz Qazaxıstanda fəaliyyət göstərən universitetlərin Bakıda təqdimatını təşkil etmişik. Bu ilin yayında Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ticarət Təşkilatına üzv olacağını gözləyirik. Ölkələrimiz arasında əməkdaşlıq yüksək səviyyədədir. Prezident İlham Əliyevin də dediyi kimi ötən il Aktauda baş verən qəzadan sonra bizim dostluğumuz daha da möhkəmləndi”, - deyə səfir qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2025 [18:13]
SOCAR Karbamid Zavodunun “ağıllı kimya” sahəsi
- 12.05.2025 [18:05]
® “Unibank” Almaniyanın nüfuzlu bankından 5 milyon avro kredit cəlb edib
- 12.05.2025 [18:01]
Energetika naziri vətəndaşlarla görüşüb
- 12.05.2025 [17:59]
® “AccessBank”dan bazarda analoqu olmayan yeni məhsul – “Sərbəst Əmanət”
- 12.05.2025 [17:22]