Şəhid Hüseynalı Nəbiyevin ailəsi ziyarət olunub

Bakı, 15 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-14-də törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də Nəbiyev Hüseynalı Hikmət oğludur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları şəhidin ailəsini ziyarət ediblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, şəhid Hüseynalı Nəbiyevin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsi anılıb.
Cəlilabad rayonu, Bəcirəvan kəndində yaşayan ailəyə şəhid ailələri ilə bağlı həyata keçirilən sosial dəstək tədbirləri barədə məlumat verilib. Şəhid Hüseynalı Nəbiyevin ailəsinin də daim qayğı ilə əhatə olunacağı bildirilib.
Şəhid ailəsi onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]