İDMAN
Şəhriyar Məmmədyarov iddiaçıların turnirində iştirak edəcəyini təsdiqləmişdir
Bakı, 21 yanvar (AZƏRTAC). Mart ayında Xantı-Mansiyskdə şahmat tacına iddiaçıların turniri keçiriləcəkdir. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov həmin turnirdə iştirak edəcəyini təsdiqləmişdir.
AZƏRTAC xəbər verir ki, turnir iştirakçılarının sifariş təqdim etmələri üçün son tarix yanvarın 20-si idi. Çempion adı uğrunda yarışlarda Vişvanatan Anandın iştirakı ilə bağlı vəziyyət aydınlaşmışdır. Dünya şahmat tacını Maqnus Karlsenə uduzmuş hindistanlı şahmatçı əvvəllər Xantı-Mansiyskə gedib-getməyəcəyi barədə birmənalı fikir söyləməmişdi. Lakin sonda sabiq dünya çempionu, habelə Vladimir Kramnik, Veselin Topalov, Dimitri Andreykin, Sergey Karyakin və daha iki şahmatçı öz sifarişlərini təsdiqləmişdir.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov öz idman karyerasında iddiaçıların turnirində ikinci dəfə iştirak edəcəkdir.