ŞƏKİ TEATRININ TÜRKİYƏYƏ QASTROL SƏFƏRİ UĞURLA BAŞA ÇATMIŞDIR
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının Türkiyəyə qastrol səfəri uğurla başa çatmışdır.
Teatrın direktoru Hikmət Nəbiyev AZƏRTAC-a bildirmişdir ki, İstanbul şəhərinin Üsküdar bələdiyyəsinin dəvəti ilə reallaşan qastrol səfərində teatrın yaradıcı kollektivi türkiyəli teatrsevərlərə Polşa dramaturqu Slavomir Mrojekin “Xoşbəxt hadisə” ikihissəli komediyasını təqdim etmişdir.
Tamaşanın quruluşçu rejissoru Mirbala Səlimli, rəssamı Söhrab Ərəbovdur. Əsas rolları Xanlar Həşimzadə, Xəyal Abbaszadə, Akif Yusifov, Yasəmən Məmmədova və başqaları ifa etmişlər. Tamaşalar İstanbulun “Altunzadə Kültür və Sənət Mərkəzi”ndə keçirilmişdir.
Hazırda teatrda Georgi Xudayevin “Çiy yumurta və bişmiş məhəbbət” komediyasının məşqlərinə başlanılmışdır. Yaradıcı kollektiv bu tamaşanı iyunun sonunda təhvil verməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağılılar aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]