REGİONLAR
ŞƏKİDƏ YENİ ÜZÜM BAĞLARI SALINIR
Şəki Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, üzüm istehsalı və emalının bərpası məqsədilə rayonda yeni üzüm plantasiyalarının salınması davam etdirilir. Ötən dövr ərzində rayonun Şəki kəndində 29 hektar, Cəyirli kəndində 24, Qayabaşıda 9, Cəfərabad kəndində 5, Şəki şəhər bələdiyyəsi ərazisində isə 10 hektar sahədə yeni üzüm bağları salınmışdır. Bundan əlavə, köhnə üzüm bağlarının bərpası istiqamətində də zəruri tədbirlər görülür. Hazırda Şəki kəndində 53, Cəyirlidə isə 102 hektar köhnə üzüm bağlarında təmir-bərpa işləri davam etdirilir.
Gələcəkdə Şəkidə dəyəri 7 milyon avro olan şərab zavodunun tikintisinə başlanılması da nəzərdə tutulur.