SEMİNARDA ALİ TƏHSİLİN KEYFİYYƏTİNİN TƏMİN EDİLMƏSİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLƏCƏK
Təhsil Nazirliyi ilə Avropa Şurası arasındakı əməkdaşlıq proqramı çərçivəsində iyunun 12-13-də “Abşeron” mehmanxanasında “Ali təhsilin keyfiyyətinin təmin edilməsi” mövzusunda milli seminar keçiriləcəkdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, əsas məqsəd tədbir iştirakçılarını Qərbi Avropa universitetlərinin Bolonya prosesi çərçivəsində təhsilin keyfiyyətinin təmin olunması istiqamətində təcrübəsi və müvafiq sənədlərlə tanış etməkdir.