Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Sənan Hacıyev: Vərəsəlik hüququ ilə bağlı normativ-hüquqi aktların kompleks şəkildə təkmilləşdirilməsi zəruridir

Sənan Hacıyev: Vərəsəlik hüququ ilə bağlı normativ-hüquqi aktların kompleks şəkildə təkmilləşdirilməsi zəruridir

Bakı, 1 mart, AZƏRTAC

Azərbaycan tarixində 100 il ərzində 3 Mülki Məcəllə qəbul edilib və hər biri dövlətin həmin vaxt aid olduğu ictimai-siyasi quruluşunun xüsusiyyətlərini özündə əks etdirib. Belə ki, 1923-cü il tarixli Mülki Məcəllə xüsusi mülkiyyətin və onunla bağlı olan vərəsəlik hüququnun məhdudlaşdırılması və sosialist dövlət mənafeyinin qorunması məqsədilə publik hüququn xüsusi hüquq üzərində üstünlüyü ilə seçilirdi. Bu dövrdə vərəsələrin miras əmlaka hüquqları miras əmlakın dəyərinin 10.000 rublu keçmədiyi halla məhdudlaşdırdı, bu məbləği aşan dəyərdə olan miras əmlaklar isə dövlət mülkiyyətinə keçirdi. Eyni zamanda, qeyd edilməlidir ki, həmin dövrdə məhz mirasın qəbulundan imtina sistemi mövcud idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ali Məhkəmənin Mülki kollegiyasının sədri, Azərbaycan Hakimlər İttifaqının sədr müavini Sənan Hacıyev “Vərəsəlik hüququ: Müasir Çağırışlar” adlı elmi-praktik konfransda çıxışı zamanı söyləyib.

S.Hacıyev diqqətə çatdırıb ki, daha sonra qəbul edilmiş 1964-cü il tarixli Sovet Mülki Məcəlləsi klassik sosialist hüququnun daşıyıcısı qismində yalnız iki mülkiyyət növünü tanıyırdı: “Sosialist mülkiyyəti və şəxsi mülkiyyət. Şəxsi mülkiyyət isə xüsusi mülkiyyətin əvəzləyicisi rolunu oynayırdı. Belə ki, şəxsi mülkiyyətə sahiblik etmə imkanı yalnız fiziki şəxslərə münasibətdə tanınırdı, müəyyən ölçülərdə olması ilə şərtləndirilirdi, habelə şəxslərin yalnız maddi və mənəvi ehtiyaclarının ödənilməsi məqsədini daşıdığı müəyyən edilirdi. Sələfindən fərqli olaraq bu Mülki Məcəllədə vərəsəlik hüququnun mirasın qəbulu sistemi əsasında həyata keçirildiyi müəyyən edilərək, qəbul edilməmiş mirasın dövlət mülkiyyətinə keçməsi ilə şərtləndirilib. Sovet mülki hüquq doktrinası mirasın qəbul sisteminə keçidi mümkün vasitələrlə şəxsi mülkiyyətin dövlət mülkiyyətinə çevrilməsinin təminatı ilə izah edirdi.

Bildirilib ki, Sovet İttifaqının süquta uğraması nəticəsində Azərbaycanda mövcud olan köhnə ictimai münasibətlər sistemi iflasa uğradı, ictimai-siyasi quruluş dəyişdi, bazaryönümlü iqtisadiyyat və qanunun aliliyinin inkişafına imkan verən quruluş formalaşdırıldı. Konstitusiyanın qəbul edilməsi ilə hüquqi dövlət quruculuğu istiqamətində yeni mərhələyə qədəm qoyuldu. Bu tarixi dövrdə ölkəmizdə iqtisadi münasibətlərin bazar prinsipləri əsasında modernləşdirilməsi, dövlət idarəçiliyinin inzibati-tabe sistemdən demokratik sistemə keçidi mülki hüquq münasibətlərini yeni siyasi və iqtisadi reallığa uyğunlaşdırmalı olan müasir mülki məcəllənin hazırlanmasını və qəbul edilməsini qaçılmaz etmişdi. Nəhayət, dövlət müstəqilliyinin əldə edilməsindən 8 il sonra alman mütəxəssislərinin fundamental dəstəyi ilə müqavilə azadlığı, mülkiyyətin toxunulmazlığı prinsiplərinə əsaslanan yeni Mülki Məcəllə qəbul edilməklə, 2000-ci ildə qüvvəyə minib. Azərbaycan cəmiyyəti 1999-cu ildə qəbul edilmiş Mülki Məcəllənin timsalında daha perspektivli bir tənzimləyiciyə sahib olsa da, bu məcəllədə də bir çox çatışmazlıqlar və boşluqlar qalıb. Belə ki, qısa müddət ərzində hazırlanan və geniş ictimai müzakirələrə çıxarılmadan qəbul edilən Mülki Məcəlləmizin sistemsizlik, qarışıq müddəalar, zəif hüquqi texnika, çoxlu sayda imperativ normalar kimi çatışmazlıqları mövcuddur. Rusiya Mülki Məcəlləsi və Almaniya Mülki Qanunnaməsinin bir sıra müddəalarının dərin şəkildə təhlil edilmədən sistemsiz və mexaniki olaraq Mülki Məcəlləyə daxil edilməsi də mütəmadi şəkildə onun tətbiqində çətinliklər yaradıb. Bu qarışıqlıq Mülki Məcəllənin xüsusən vərəsəlik hüququnu tənzimləyən normalarında özünü daha çox büruzə verir. Belə ki, bu bölmənin bir sıra normalarının mirasın qəbulu, bəzilərinin isə mirasdan imtina sisteminə aid olduğuna işarə edirdi. Elə Mülki Məcəllənin 1246, 1247, 1248, 1256, 1262, 1263, 1273-1 və bir sıra digər normalarının müqayisəsi bu normalardan bəzilərinin mirasdan imtina institutuna aid olduğunu, digərlərinin isə mirasın qəbulu sistemini əks etdirdiyini göstərirdi. Bu ziddiyyətlər daim alimlərimizin, hakimlərin habelə hüquq ictimaiyyətinin nümayəndələri arasında qızğın müzakirələrə səbəb olurdu. Nəhayət, 2022-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1, 1268.2 və 367.1-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasını xahiş edib. Qeyd edilən müraciət üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altıaylıq müddətin mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddət olması göstərilib, habelə Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulmasının, eyni zamanda, Mülki Məcəllənin 1273-1-ci maddəsi baxımından mirasdan imtinanın ehtimal oluna bilmə imkanının vərəsəlik hüququna dair Konstitusiya təminatına xələl yetirməsinə dair açıq hüquqi mövqe nümayiş etdirilib. Bu hüquqi mövqelərlə Mülki Məcəllənin mirasın qəbulunu və bunun müəyyən müddət ərzində həyata keçirilməli olmasına dair üstünlük təşkil edən normaları, habelə Konstitusiya Məhkəməsinin mirasın qəbulunun vacibliyi ilə bağlı əvvəlki qərarlarındakı hüquqi mövqelərin uyğunsuzluğu məhkəmə təcrübəsində ciddi çaşqınlığın yaranmasına səbəb olduğundan, Ali Məhkəmə tərəfindən ilk olaraq Konstitusiya Məhkəməsinin nümayəndələrinin, alimlərimizin və hakimlərin iştirakı ilə geniş müzakirələr keçirib, lakin yaranmış fikir ayrılığını aradan qaldırmaq mümkün olmadığından yeni sorğu ilə Konstitusiya Məhkəməsinə müraciət edilməsi qərara alınıb.

Konstitusiya Məhkəməsinin Plenumu 2023-cü il 26 dekabr tarixli qərarı ilə əvvəlki hüquqi mövqeyini inkişaf etdirərək, Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini qüvvədən düşmüş hesab edib. Vərəsəlik hüququnun mirasın qanunla müəyyən edilmiş müddətdə qəbulu prinsipi əsasında həyata keçirilməsinin mülkiyyət hüququnun konstitusiya təminatına zidd hesab edən Konstitusiya Məhkəməsi, bu hüququn əks prinsip olan mirasdan imtina prinsipi əsasında həyata keçirilməli olduğunu qeyd etməklə, qanunla müəyyən edilmiş müddətdə mirasdan notarial qaydada imtina etməmiş hər bir vərəsənin vərəsəlik hüququnun tanındığını təsbit edib. Konstitusiya Məhkəməsi qərarında, həmçinin Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Qərarın qüvvəyə minməsindən sonra yaranacaq vərəsəlik münasibətlərinə və qərarın qəbul tarixinə məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyini təsbit edib. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarı ilə 2000-ci ildən vərəsəlik hüququna təminatın mirasın qanunla müəyyən edilmiş müddətdə qəbul edilməsi şərti əsasında həyata keçirildiyini diktə edən Mülki Məcəllənin dominant normalarının (MM 1246 və 1273-1) qüvvədən salınması, vərəsəlik hüququ ilə bağlı yeni dövrə keçid hesab olunmaqla, bundan sonra vərəsəlik hüququna təminatın əks sistem olan mirasdan imtina sistemi əsasında həllinə yol açıb. Belə ki, Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin qüvvədən salınması bu zamanadək vərəsəlik hüququnun yaranması üçün zəruri şərt olan - vərəsənin qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etməsini sübut etməsinə zərurəti aradan qaldırıb. Bundan sonra qüvvədə olan Mülki Məcəllənin 1243 və 1256-cı maddələrinə əsasən, vərəsə - vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan notarial qaydada imtina etmədiyi halda, mirası qəbul etmiş hesab ediləcək.

Nəticə etibarılə, hər kəsin qanunla müəyyən edilmiş müddətdə və formada imtina etmədiyi mirasa münasibətdə konstitusion vərəsəlik hüququna təminat verilib. Qərarın nəticə hissəsinin 2-ci bəndinin müəyyən etdiyi hüquqi vəziyyətlə bağlı isə qeyd edilməlidir ki, bu Qərar onun qəbulu günü olan 26.12.2023-cü il tarixində və ondan sonrakı dövrdə açılmış mirasla bağlı vərəsəlik münasibətlərinə, habelə qərarın qəbulundan əvvəl vəfat etmiş şəxslərin 26.12.2023-cü il tarixinədək məhkəmələrin icraatında olan vərəsəlik mübahisələrinə şamil olunacaq. 26.12.2023-cü il tarixinədək vəfat edib və bu tarixədək məhkəmənin icraatında olmayan vərəsəlik münasibətlərinə həmin vaxt qüvvədə olan normalara uyğun olaraq əvvəlki qaydada mirasın qəbulu sistemi tətbiq ediləcək.

Yeni hüquqi mövqelərin tətbiqinin bir sıra üstünlükləri və əlbəttə ki, öz çatışmazlıqları da var. Belə ki, vərəsəliyin xüsusi qəbul müddəti şərtinə tabe tutulmaması, ilk növbədə, kimlərin və hansı nisbətdə vərəsə olması ilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına müsbət töhfə vermiş olacaq. Belə ki, artıq mirasın açıldığı müddətdən 3 ay ərzində mirasın qəbulundan notarial qaydada imtina etməmiş bütün vərəsələr mirası qəbul etmiş hesab edildiklərindən, notariat orqanları vərəsələr dairəsindən olan bir şəxsin müraciəti əsasında dairəyə daxil olan bütün vərəsələrin adına ümumi şəhadətnamə verəcəklər. Mirasın müraciət etməmiş şəxslərə aid hissəsinin açıq saxlanılmaqla uzun müddət qeyri-müəyyən vəziyyətin yaranması ilə bağlı köhnə təcrübə də aradan qalxmış olacaq.

Əksər hallarda hüquqi savadlılığı aşağı olan vətəndaşların qanunvericiliyin mirasın qəbulu ilə bağlı sərt şərtlərindən məlumatları olmadığından mirasın qəbulu müddətini ötürdükdə (əksər hallarda valideyninin vəfatından bir il keçməmiş vərəsəlik məsələləri ilə bağlı dövlət orqanlarına müraciət etmələrini özlərinə utanc saymaları səbəbindən) vəfat edən şəxsin digər övladları ilə eyni statusda olmalarına baxmayaraq, mirasdan məhrum olmaları ilə razılaşmamaqla, kütləvi narazılıq halları da aradan qalxmış olacaq.

Mirasın qəbulu prinsipinin yaratdığı qeyri-müəyyənlik kreditorların maraqlarına da ciddi zərər vururdu. Belə ki, kreditorun yalnız mirası qəbul etmiş vərəsəyə qarşı tələb irəli sürmə imkanının olduğunu bilən vərəsələr, süni surətdə mirası faktiki qəbul edib yiyələnmələrinə baxmayaraq, onun rəsmiləşdirilməsindən yayınırdılar. Bu isə kreditorlara miras qoyanın öhdəlikləri üzrə cavabdeh olmalı şəxslərin dairəsinin müəyyən edilməsinə imkan vermirdi. Yeni qaydanın tətbiqindən sonra isə qanunla müəyyən edilmiş müddətdə vərəsənin mirasdan imtina etmədiyi təqdirdə miras qoyanın kreditorlarının kimlərin miras əmlaka daxil olan öhdəliklərdən məsuliyyət daşıdığı barəsində hüquqi müəyyənlik əldə etmiş olurlar. Beynəlxalq təcrübə göstərir ki, yeni qaydanın tətbiqi vərəsəlik hüququnun tanınması ilə bağlı məsələlərin notariusların üzərinə keçirməklə, məhkəmələrin yalnız mirasın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxması ilə nəticələnəcək. Mirasın qəbulu faktının müəyyən edilməsi, mirasın qəbulu müddətinin uzadılması kimi ərizələrin məhkəmələrdə baxılmasını da aradan qaldırmış olacaq.

Qeyd edilən üstünlüklərlə yanaşı Konstitusiya Məhkəməsinin Qərarı əlbəttə ki, müəyyən çətinliklərin yaranması ilə də nəticələnəcək. İlk növbədə, vərəsələrin dairəsinin müəyyən edilməsi üzrə notariat orqanlarının üzərinə böyük yükün düşəcəyi qaçılmazdır. Digər tərəfdən, ölkəmizin vərəsəlik hüququ ilə bağlı yeni dövrə keçidi Mülki Məcəllənin qəbulundan ötən 23 illik müddət ərzində vərəsəlik məsələləri üzrə oturuşmuş məhkəmə təcrübəsində, habelə notariat və daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində əsaslı dəyişikliklərin edilməsini, habelə vətəndaşların bu sahədə illər ərzində formalaşmış vərdişlərinin dəyişdirilməsi üçün geniş maarifləndirmə işlərinin aparlmasını tələb edir.

Bununla yanaşı, Mülki Məcəllədə hələ də Konstitusiya Məhkəməsi Plenumunun qərarında əks olunmuş yeni hüquqi mövqe ilə ziddiyyət təşkil edən bir sıra normaların məsələn, 1247, 1248 və digərlərinin qalması hüquq ictimaiyyəti arasında çaşqınlığın yaranmasına səbəb olacağından Mülki Məcəllənin “Vərəsəlik hüququ” bölməsinin və bununla bağlı Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın, miras əmlaklara münasibətdə vərəsəlik hüquqlarının dövlət qeydiyyatı ilə bağlı və digər aidiyyəti normativ-hüquqi aktların kompleks şəkildə təkmilləşdirilməsi də zəruridir. Əldə etdiyim məlumata əsasən artıq bu istiqamətdə işlərə başlanılıb.

Ümid edirəm ki, hakim korpusunu, notariusları, vəkilləri, mülki hüquq sahəsində fəaliyyət göstərən alimləri və digər dəyərli hüquqşünaslarımızı bir araya gətirən konfransımız vərəsəlik hüququnun həyata keçirilməsi üzrə ölkəmizin yeni dövrə keçidi ilə bağlı ortaya çıxan nəzəri və praktik problemlərin aradan qaldırılmasına öz töhfəsini verəcək, - deyə S.Hacıyev əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarını tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ