Sənin adınla bağlı bu xalqın hər zəfəri...
Bakı, 4 may, AZƏRTAC
Suraxanı rayonunda 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, səhiyyə işçilərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Zümrüd Abdullayeva ulu öndər Heydər Əliyev Azərbaycan xalqının bəşər sivilizasiyasına bəxş etdiyi ən böyük tarixi şəxsiyyətlərdən biri olduğunu söyləyib, eyni zamanda, onun müasir Azərbaycan dövlətinin memarı və qurucusu kimi xalqımızın tarixinə əbədi həkk edildiyini bildirib.
Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti olduğunu qeyd edən 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov Ulu Öndərin xalqa, Vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola bilən fəaliyyəti barədə danışıb.
Tədbirdə 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının şöbə müdiri Adilə Abdullayeva, 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimi Şəfa Yusifova, 16 nömrəli Uşaq Poliklinikasının həkimi Günel Axundova çıxış edərək dünya şöhrətli siyasətçi Heydər Əliyevin xalqımızın həyatında oynadığı xilaskarlıq rolundan bəhs ediblər.
Ölkəmizin Heydər Əliyev yolu ilə irəliləyərək inkişaf etdiyini söyləyən Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Barxudar Barxudarov Ulu Öndərin Azərbaycanın müstəqilliyinin qorunması sahəsindəki əvəzsiz xidmətlərindən, apardığı müdrik və uzaqgörən siyasətdən danışıb və onun başladığı bu yolun davamlı inkişaf və tərəqqiyə apardığını söyləyib.