Serb Demokrat Partiyasına yeni sədr seçilib
Belqrad, 8 iyul, AZƏRTAC
Serbiyanın Banya Luka şəhərində keçirilən Serb Demokrat Partiyasının (SDS) ümumi iclasında 204 səs toplayan M.Saroviç sədr seçilib.
AZƏRTAC Serbiya mətbuatına istinadla xəbər verir ki, iclasda, həmçinin baş komitənin üzvləri də seçilib və partiyanın nizamnaməsinə düzəlişlər edilib. M.Saroviç SDS-nin gələn il keçiriləcək yerli seçkilərə hazırlıq mərhələsində olduğunu bildirib. “SDS-nin qalib gələcəyinə və Serb Respublikasında əsas siyasi güc ola biləcəyinə inanıram. Biz siyasətimizi qurmalı, tanınmalı və rəqiblərimizdən fərqlənməliyik”, - deyə M.Saroviç söyləyib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]
Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib
- 09.06.2026 [14:51]