SİYASƏT
“SƏRBƏST TOPLAŞMAQ AZADLIĞI HAQQINDA” YENİ QANUN LAYİHƏSİ HAZIRDIR
AZƏRTAC xəbər verir ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” yeni qanun layihəsi hazırdır.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirmişdir ki, qanun layihəsi üzərində işlər başa çatdırılmış, Avropa Şurasının Venesiya Komissiyası da hazırlanmış sənədə yüksək rəy vermişdir. Qanun layihəsi hazırda Prezidentin İcra Aparatındadır.
Səfa Mirzəyev demişdir ki, qüvvədə olan qanunla da Azərbaycanda insanların sərbəst toplaşmaq hüququ təmin olunur. Yeni qanunda isə dövlət qurumlarının binaları qarşısında aksiyaların keçirilməsi məsələsinə aydınlıq gətirilir. Layihədə hansı dövlət qurumunun binası qarşısında bu cür aksiyaların keçirilməsinə icazə verilib-verilməməsi dəqiq göstərilir.