SERBİYADA NATO PARLAMENT ASSSAMBLEYASI ÇƏRÇİVƏSİNDƏ SEMİNAR KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Aqil Abbasov NATO Parlament Assambleyası çərçivəsində keçirilən 67-ci Rouz-Rout seminarında iştirak etmək üçün oktyabrın 24-də Belqrada gedəcəkdir.
Toplantıda Serbiyada müdafiə sahəsində aparılan islahatlar, Qərbi Balkanlarda və Avropada inteqrasiya və sabitlik, Kosovoda vəziyyət və digər məsələlər müzakirə olunacaqdır.
Milli Məclisin deputatı müzakirə olunan məsələlərə münasibət bildirəcəkdir.
Səfər oktyabrın 30-da başa çatacaqdır.