Səudiyyə “Boeing 737 MAX” almaqdan imtina edib
Ər-Riyad, 8 iyul, AZƏRTAC
Səudiyyə Ərəbistanının “Flyadeal” hava yolu şirkəti “Boeing 737 MAX” təyyarələrini almaqdan imtina edib.
AZƏRTAC xəbər verir ki, Səudiyyə aviaşirkəti 50 “Boeing 737 MAX” təyyarələri almaqı nəzərdə tutsa da, seçimini “Airbus” korporasiyasının istehsal etdiyi təyyarələrin xeyrinə edib və “Airbus A320” əldə etməyə qərar verib. Avropa konserni tərəfindən ilk 30 təyyarənin 2021-ci ildə “Flyadeal” hava yolu şirkətinə təhvil veriləcəyi gözlənilir.
Xatırladaq ki, bu ilin martın 10-da Efiopiyada “Boeing 737 MAX” təyyarəsi qəzaya ugrayıb və bunun nəticəsində 157 nəfər həlak olub. Bu qəzadan sonra bir çox ölkələr təhlükəsizlik nöqteyi nəzərindən bu seriyalı təyyarələrin istifadəsindən imtina edib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]