SƏUDİYYƏ ƏRƏBİSTANINDA 28 MAY – RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ BAYRAM TƏDBİRİ KEÇİRİLMİŞDİR
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, mayın 26-da Ər-Riyad şəhərindəki “Riyadh Palace” mehmanxanasında 28 May - Respublika günü münasibətilə bayram tədbiri keçirilmişdir.
Ziyafətdə Səudiyyə Ərəbistanı Krallığının rəsmi şəxsləri, Ər-Riyadda yerləşən səfirlik və beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, Azərbaycan diasporunun üzvləri, ziyalılar, iş adamları və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak etmişlər.
Əvvəlcə Azərbaycanın və Səudiyyə Ərəbistanının dövlət himnləri səslənmişdir.
Ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Tofiq Abdullayev çıxışında 90 il öncə müsəlman Şərqində qurulmuş ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti və cümhuriyyət rəhbərlərinin xidmətlərindən söhbət açmışdır. T.Abdullayev Azərbaycanın yenidən müstəqilliyini bərpa etməsindən sonra qazanılmış uğurlar, ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində misilsiz xidmətləri və onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar haqqında ətraflı məlumat vermişdir.
Mehmanxananın foyesində Azərbaycana həsr olunmuş guşə təşkil edilmiş, sənədli filmlər nümayiş etdirilmişdir.
Səfir T.Abdullayev 28 May - Respublika günü ilə əlaqədar yerli kütləvi informasiya vasitələrinə müsahibə vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]