Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Sevinc Fətəliyeva: 17 ildir Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasət ölkəmizə və xalqımıza işıqlı yol göstərir

Sevinc Fətəliyeva: 17 ildir Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasət ölkəmizə və xalqımıza işıqlı yol göstərir

Bakı, 12 dekabr, AZƏRTAC

Azərbaycan xalqı ümummilli liderimiz Heydər Əliyevi hər zaman böyük ehtiramla yad edir, Ulu Öndərin əziz xatirəsini daim uca tutur. 17 ildir ki, cismən aramızda olmasa da, Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasət daim ölkəmizə və xalqımıza işıqlı yol göstərir. Müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyev dövlətimizin təməl prinsiplərini, onun inkişaf strategiyasını müəyyənləşdirib. Təbii ki, bu strategiya hər zaman Azərbaycana uğurlar qazandırıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilib. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır” deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, milli dövlətçiliyin konsepsiyasını yaradıb. Ümummilli liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda mətin addımlarla irəliləyən, demokratik təsisatların təşəkkül tapdığı müasir ölkədir.

Onun sözlərinə görə, məhz Ümummilli Liderin siyasi kursu sayəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayıb və onu dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirib. Heydər Əliyev dövlət başçısı və siyasi xadim kimi beynəlxalq vəziyyəti düzgün təhlil edərək, Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və inkişafı yolunda müstəqil siyasət apararaq xalqı öz ətrafında birləşdirməyi bacarıb. Ölkə rəhbəri kimi Heydər Əliyevin əsas siyasi kursu da bu prinsiplər əsasında həyata keçirilirdi. O, Azərbaycan xalqının hər bir nümayəndəsinin rahat, azad və əmin-amanlıq şəraitində yaşaması üçün səyini əsirgəmir, bu istiqamətdə iqtisadi-siyasi, sosial-mədəni dövlət siyasətini həyata keçirirdi. Gündən-günə iqtisadi qüdrətini artıran, dünya gücləri qarşısında qamətini qürurla dik tutmağı bacaran gənc bir dövlətin həqiqi qurucusu və lideri Heydər Əliyevin sonrakı dövrlərdə həyata keçirdiyi bütün islahatların kökündə də məhz bir amal, bir məqsəd dayanırdı ki, bu da hər bir azərbaycanlının müstəqil, sağlam və rahat yaşayışını təmin etməkdən ibarət idi.

S.Fətəliyeva qeyd edib ki, Ulu Öndər Heydər Əliyev mürəkkəb qlobal və regional vəziyyətin mövcudluğu bir şəraitdə əsaslandırılmış xarici siyasət kursu müəyyənləşdirdi. Bu, Azərbaycan dövlətçiliyi üçün tarixi töhfə idi. Onun sözlərinə görə, dünyada söz sahibi olan ölkələrin Azərbaycanla qarşılıqlı müqavilələr bağlamaları, Azərbaycanın həyata keçirdiyi irimiqyaslı layihələrdə iştirak etmək istəmələri təkcə durmadan inkişaf edən bir ölkənin artan nüfuzu və iqtisadi imkanları deyildi, həm də rifah halı yüksələn, yaşayış şəraiti yaxşılaşan Azərbaycan vətəndaşlarının həyata keçirilən bu proseslərdə birbaşa tərəf kimi iştirak etmək hüquqlarının var olması idi.

Deputat söyləyib ki, Ulu Öndərimizin müəyyənləşdirdiyi xarici siyasət kursunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ən başlıca yeri tuturdu. Belə ki, Heydər Əliyev bütün xarici səfərlərində, beynəlxalq tədbirlərdə, xarici ölkələrin nümayəndələrinin ölkəmizə səfərlərində Qarabağ həqiqətlərinə xüsusi yer verir, Ermənistanın işğalçılıq siyasətini ifşa edirdi. Məhz bu siyasət nəticəsində Azərbaycan diplomatik müstəvidə münaqişənin həlli ilə bağlı uğurlar qazanırdı. Dünya ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu barədə sənədlər qəbul edirdilər. 44 günlük Vətən müharibəsində qazanılan qələbədə bu amillər də vacib rol oynadı. Çünki Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş siyasi kursda milli maraqlarımız hər şeydən üstün dayanırdı. Bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticə etibarilə qələbəmizi şərtləndirdi. Müharibənin davam etdiyi günlərdə Ermənistan rəhbərliyinin, erməni lobbisinin və diasporunun cəhdlərinə baxmayaraq, heç bir dövlət, beynəlxalq təşkilat Azərbaycana qarşı hər hansı addım atmadı, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu bəyan olundu.

“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradır. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək. Əminliklə demək olar ki, Ümummilli Liderin qurduğu dünyəvi Azərbaycan dövləti öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bundan sonrakı mərhələlərdə Azərbaycan daha da güclənəcək, dünyada nüfuzunu daha da artıracaq, regionda yeni gücə çevriləcək. heç bir qüvvə Azərbaycanı tutduğu uğurlu yoldan bundan sonra da döndərə bilməyəcək!”,- deyə S.Fətəliyeva vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Türk Dövlətləri Təşkilatı güc mərkəzinə çevrilib

“Mərkəzi Asiya-Qafqaz Təqaüd Proqramı”nın iştirakçıları ilə görüş olub

Media: İsrail “Hizbullah” komandirini ələ keçirib

İmişli Rayon Ağsaqqallar Şurasının Zəfər Gününə həsr edilmiş konfransı olub

İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr və imza mərasimi keçirilib

Braziliya klubu Marselo ilə müqaviləyə xitam verib

Tovuzda bəy idarə etdiyi avtomobili aşırdıb, xəsarət alanlar var

Bakıda yorğa atların ölkə çempionatı və cıdır yarışlarının qalibləri müəyyənləşib

Nazir: Ukrayna COP29-da tərəfdaşlarla yaşıl transformasiya üzrə işləyəcək

Premyer Liqa: “Liverpul”dan qələbə, “Arsenal” və “Mançester Siti”dən məğlubiyyət

Bodibildinq üzrə III muxtar respublika birinciliyi təşkil edilib

COP29 çərçivəsində Davamlı İnnovasiya Forumu keçiriləcək

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi ilə görüş olub

Beynəlxalq Muğam Mərkəzində şair Mahirə Nağıqızının yaradıcılıq gecəsi keçirilib

Mahirə Nağıqızı: Qərbi Azərbaycana qayıdanadək bu istiqamətdə yazıb-yaradacağıq

ADY yaşıl dünya naminə kütləvi iməcilik keçirib

® “Azercell” “Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası” mükafatına layiq görülüb

BDU ilə Əl-Fərabi adına Qazax Milli Universiteti arasında əməkdaşlıq genişləndiriləcək

Vinçentso Montellanın Türkiyə millisindəki gələcəyi müəyyənləşib

İtaliya Albaniyadakı qəbul mərkəzlərinə 70-dək miqrant göndərir

“Zəfər Günü - milli qürur və şərəf tariximiz” mövzusunda elmi-praktik konfrans keçirilib

Azərbaycan modelyerləri “Moda Birliyi” III Beynəlxalq Forumunda iştirak edəcəklər

“Zəfər körpüsü” layihəsi: I və II Qarabağ müharibəsi şəhidlərinin övladları bir araya gətirilib

Nazir müavini: Azərbaycan İstanbulda Beynəlxalq Kitab Sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunur

Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində fəxri qonaq qismində iştirak edir VİDEO

DYP paytaxtın bəzi yollarında hərəkət istiqamətinin dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib

Misli Premyer Liqası: “Zirə” səfərdə “Şamaxı”ya qalib gəlib

Britaniyada Mühafizəkarlar Partiyasının yeni lideri seçilib

Şimali Kipr Türk Cümhuriyyəti TDT ölkələri ilə sosial müdafiə sahəsində sazişlərin tezliklə imzalanacağına ümid edir

COP29-la bağlı nəqliyyatın idarə olunması üzrə növbəti monitorinqlər keçiriləcək

Dünya şahmatında yeni rekord qeydə alınıb

Gürcü deputat: COP29-un Bakıda təşkili Azərbaycanın bütün dünyada əhəmiyyətli ölkə olduğunu sübut edir

“ASAN xidmət” mərkəzlərində alternativ enerjidən istifadə olunacaq

Azərbaycan XXX Minsk Beynəlxalq Kinofestivalında təmsil olunur

Azərbaycan Cənubi Qafqazın iqtisadi və hərbi təhlükəsizliyində önəmli aktor kimi çıxış edir ŞƏRH

Qobustan Milli Tarix-Bədii Qoruğuna infotur təşkil olunub

Rusiyalı alim: Bakı COP29-un keçirilməsi üçün ən əlverişli məkandır

Tanınmış futbolçu ilə baş məşqçi arasında qalmaqal yaşanıb

“Malayziyadan görünən Şuşa” filmi ingilis dilində təqdim edilib

Döyüş meydanındakı Qələbənin diplomatiya müstəvisində davam etdirilməsi uğurlu siyasətin məntiqi nəticəsidir ŞƏRH

Rusiyada Xəzərin çirklənməsinin yeni mənbələrini aşkar ediblər

Qərb Azərbaycanın xoş niyyətinə zərbə vurmağa çalışır ŞƏRH

Türkiyəli ekspert: Qlobal temperatur artımı əsrin sonunda 3 dərəcə Selsiyə çata bilər

COP29 Azərbaycanın qlobal reytinqini daha da gücləndirəcək - RƏY

Xalqımızın şərəfli qəhrəmanlıq səhifəsi ŞƏRH

Vaşinqton ştatında seçki təhlükəsizliyini Milli Qvardiya təmin edəcək

Türkiyə klubu Olimpiya çempionu olan voleybolçunu yenidən transfer edəcək

“Elm və texnologiya” təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirilib

Professor: İnklüziv inkişaf müasir dövrdə dövlət idarəçiliyinin mexanizmi kimi qiymətləndirilir

Serbiyada dəmiryolu stansiyasındakı qəzada ölənlərin sayı artıb

Qazaxıstan mediası: COP29 Azərbaycana böyük imkanlar yaradır

“Azərbaycan folklorunda təbiət kultu” - elmi konfrans

Azərbaycan alimləri II beynəlxalq elmi-ekspert forumunda iştirak ediblər

DİN əməkdaşları Zəfər Günü ilə əlaqədar növbəti ağacəkmə kampaniyası keçiriblər

Fransada xəstəxana böhranı dərinləşir

® “Birbank Umico” kart sahibləri noyabrda “Birbank” tətbiqində 3 kateqoriya seçimi ilə daha çox “Umico” bonusları qazanacaqlar

Türkiyə və Azərbaycanın pediatrları ən aktual elmi yenilikləri müzakirə ediblər

Futbol üzrə Çin Superliqasının qalibi müəyyənləşib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Binəqədidə unlu və kremli qənnadı məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Əfsanəvi basketbolçunun uğuru təkrarlanıb

Kişineu şəhər meri COP29 barədə məlumatlandırılıb

İspaniyalı nazir: Bu fəlakətin krallıq tarixində bənzəri yoxdur

Bakıda mərkəzi küçələrdən birində avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət qoyulub

Harrisin səsvermədə tərəddüd edən ştatlarda qələbə üçün yetərli dəstəyi var

Qərbin COP-un ev sahiblərini hədəf alan böhtan kampaniyaları məqsədlərə nail olunmasını çətinləşdirir TƏHLİL

Gələn il Şuşa və Xankəndidə çövkən yarışları keçiriləcək

Azərbaycan millisinin seçmə mərhələ oyunları üçün heyəti bəlli olub

BMT: Jurnalistlərin qətlinin 50 faizdən çoxu münaqişə və böhran zonalarında baş verib

Qubada “İlk tibbi yardım həyat xilas edir” adlı fləş-mob keçirilib VİDEO

Cəbrayılda əmək yarmarkası keçiriləcək - 5 müəssisə tərəfindən 125 vakansiya

Ağ ev Cozef Baydenin nitqinin stenoqramını dəyişib

Dövlət Akademik Filarmoniyasında Anton Bruknerin 200 illiyinə həsr olunmuş konsert təşkil edilib

COP29 Azərbaycan Əməliyyat Şirkəti “AzStateNet” dövlət şəbəkəsinə qoşulub

“Məhəmməd Füzuli yaradıcılığı Şərq ədəbiyyatı kontekstində” - seminar

“Cumhuriyet” qəzeti: COP29 insan sağlamlığı və planetin gələcəyi baxımından ilin əsas hadisəsidir

Ötən ay COP29-la bağlı 11 saxta informasiya resursu bloklanıb

Vətən müharibəsinin xronikası: 2 noyabr

ABŞ və Hindistan birgə hərbi təlimlərə başlayır

“Mançester Yunayted”in yeni baş məşqçisi: “Mənə 3 gün vaxt verildi, dedilər, ya indi, ya da heç vaxt”

Başqa bir Xorvatiya: Medjimurye xəzinələri

Azərbaycanın etibarlı tərəfdaş olması enerji təchizatçısı kimi onun qonşu və Avropa ölkələri üçün imicini gücləndirir – MÜSAHİBƏ

Bakıda yorğa atların ölkə çempionatına start verilib

Polis 31 kiloqram narkotik vasitə aşkar edib VİDEO

Dövlət Xidməti: COP29 trafikinin kiberhücumlara və anomal hadisələrə qarşı mütəmadi monitorinqi təşkil edilib

COP29 günlərində Bakıda 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu keçiriləcək

Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşır

Hokkeyin 3x3 növü Qış Olimpiya Oyunlarının proqramına daxil edilə bilər

Londonda Azərbaycan-Türkiyə qardaşlıq axşamı təşkil edilib VİDEO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində qanvermə aksiyası təşkil olunub

“Abşeron”un baş məşqçisi: “Azərreyl”dən ötənilki finalın revanşını aldıq

FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

Teatr sənətinin vurğunu – Hökümə Qurbanova

Bu gün görkəmli bəstəkar Emin Sabitoğlunun doğum günüdür

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib

Bu gün Misli Premyer Liqasında daha bir oyun keçiriləcək

Dünya birjalarında neft bahalaşıb

COP29 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinq keçirilib

Heydər Əliyev Mərkəzində italiyalı heykəltaraş Lorenso Kuinnin “Təbiətdə tarazlıq” sərgisi açılıb

Florida Universiteti: ABŞ seçkilərində təxminən 70 milyon vətəndaş səs verib