Sığortaçılar üçün keçirilmiş attestasiyanın nəticələri açıqlanıb
Bakı, 29 yanvar, AZƏRTAC
Sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün keçirilmiş attestasiyanın nəticələri açıqlanıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından AZƏRTAC-a bildirilib ki, nəticələrə əsasən 43 namizəddən 33-ü keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.
Qeyd edək ki, "Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi" Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]