Şinzo Abe və Vladimir Putin arasında telefon danışığı olub
Tokio, 19 mart, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Liderlər iki ölkə arasında sülh müqaviləsinin imzalanması və Kuril adalarında birgə təsərrüfat fəaliyyəti məsələlərini müzakirə ediblər.
Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın Yaponiyadakı bürosuna daxil olan məlumatda bildirilir ki, Ş.Abe və V.Putin, eyni zamanda, Koreya yarımadasında vəziyyəti müzakirə edərək Koreya Xalq Demokratik Respublikasının nüvə silahının ləğv edilməsi üçün əməkdaşlıq barədə də razılığa gəliblər.
Bununla bağlı XİN-in məlumatında deyilir: “İki ölkənin liderləri Cənub ilə Şimal arasında, həmçinin Şimal ilə ABŞ arasında yüksək səviyyədə keçiriləcək görüşlərə hazırlıq fonunda Şimali Koreyada nüvə silahının ləğvi istiqamətində sıx əməkdaşlıq barədə razılıq əldə ediblər”.
Telefon danışığı zamanı liderlər iki ölkə arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]