Şinzo Abe Yaponiyanın Yaxın Şərqdə sülh prosesində fəal iştirak edəcəyini bildirib
Tokio, 2 may, AZƏRTAC
Yaponiya Yaxın Şərqdə sülh prosesində fəal iştirak edəcək və Qüdsün statusunun bütün tərəflərin iştirakı ilə müəyyən edilməsinə tərəfdardır.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, belə bir bəyanatla Yaponiyanın Baş naziri Şinzo Abe Ramallah şəhərində Fələstin dövlətinin Prezidenti Mahmud Abbasla danışıqlar zamanı çıxış edib.
“Yaponiya ikidövlətli həll prinsipini müdafiə edir və Yaxın Şərqdə sülhün bərqərar olmasında fəal iştirak etmək niyyətindədir”, - deyə Baş nazir bildirib. Ş.Abe, həmçinin deyib ki, Qüdsün statusu “bütün maraqlı tərəflərin iştirakı ilə müəyyən edilməlidir”.
Regionda sabitliyini yaranmasında ABŞ-ın aparıcı rolunu vurğulayan Baş nazir qeyd edib ki, danışıqlarda Vaşinqtonun istənilən təklifi müsbət qarşılanmalıdır.
Bununla yanaşı, Ş.Abenin sözlərinə görə, Yaponiya ABŞ-dan nümunə götürərək öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürməyi planlaşdırmır. Yaponiyanın Baş naziri, həmçinin Fələstinə 10 milyon dollar məbləğində ərzaq yardımı göstərəcəyini də vəd edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]