ŞİRVAN ŞƏHƏRİNİN 400 YERLİK MƏDƏNİYYƏT SARAYI YENİDƏN QURULUR
AZƏRTAC xəbər verir ki, Şirvan şəhərinin 400 yerlik mədəniyyət sarayı dövlət vəsaitilə müasir üslubda yenidən qurulur. Podratçı təşkilat olan Mədəniyyət və Turizm Nazirliyinin Bərpa-İstehsalat sahəsi az müddətdə 50 min manatlıqdan çox inşaat işləri görmüşdür.
Binanın alkapon materialı ilə üzlənməsi, səhnənin genişləndirilməsi, interyerin yeni dizaynının həyata keçirilməsi, bütün avadanlıqların təzələnməsi nəzərdə tutulur. Qeyd edək ki, 1958-ci ildə tikilib istifadəyə verildiyindən binanın təmirə böyük ehtiyacı vardı.
Şəhər sakinləri problemin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]