REGİONLAR
Şirvanda “O olmasın, bu olsun” tamaşası nümayiş olunub











Şirvan, 3 mart, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad Regional Mədəniyyət İdarəsinin tədbirlər planına uyğun olaraq, Şirvan şəhər Folklor Evində “O olmasın, bu olsun” tamaşası nümayiş etdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad Regional Mədəniyyət İdarəsi Şirvan şəhər Mədəniyyət Mərkəzinin “Folklor evi”nin təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediya əsəri Mədəniyyət Mərkəzinin həvəskar kollektivi tərəfindən “Folklor evi”ndə səhnələşdirilib.
Tamaşanın təqdimatında Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva və şəhərin idarə və müəssisələrinin əməkdaşları iştirak ediblər. Tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Təqdimatdan sonra F.Qurbanzadə uğurlu çıxış üçün həvəskar kollektivin nümayəndələrini təbrik edərək müvəffəqiyyətlər arzulayıb.