Şıx çimərliyində iki nəfər batıb YENİLƏNİB

Bakı, 15 iyun, AZƏRTAC
Xəbər verildiyi kimi, Bakı şəhərinin Səbail rayonu, Şıx çimərliyində dənizdə 2 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.
Axtarışlar nəticəsində dənizdə batmış 2008-ci il təvəllüdlü İlqar Vüqar oğlu Hacıyev və 2008-ci il təvəllüdlü Sabir Rizvan oğlu Qarayevin cəsədləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
13:17
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyində dənizdə 2 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda batdığı ehtimal olunan 2008-ci il təvəllüdlü İlqar Vüqar oğlu Hacıyevin və 2008-ci il təvəllüdlü Sabir Rizvan oğlu Qarayevin axtarışları davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi bir daha çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.07.2025 [13:30]
Daha 65 vətəndaşa hüquqi yardım göstərilib
- 10.07.2025 [12:55]
Nəsimi rayonunda narkoşəbəkənin iki üzvü saxalanılıb VİDEO
- 10.07.2025 [11:12]
Baş prokuror Zaqatalada vətəndaşların müraciətlərini dinləyəcək
- 10.07.2025 [11:08]
“Könüllü DOST” proqramına 800-dən çox şəxs cəlb olunub
- 10.07.2025 [11:08]
Lefkoşada “Türk dünyası ailəmizdir” mövzusunda konfrans keçirilib
- 10.07.2025 [10:46]
BDYPİ yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
- 10.07.2025 [10:41]