ELM VƏ TƏHSİL
Slovakiya Respublikası təhsil sahəsində ölkələrarası tələbə mübadiləsinə dair milli təqaüd proqramının yeni qəbulunu elan etmişdir
Bakı, 15 aprel (AZƏRTAC). Slovakiya Respublikası təhsil sahəsində ölkələrarası tələbə mübadiləsinə dair milli təqaüd proqramının yeni qəbulunu elan etmişdir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, təqaüdün əldə edilmə şərtləri, fənlərin siyahısı, namizədliyin təqdim olunması və s. məlumatları www.minedu.sk, www.vladstipendia.sk, www.cdvuk.sk, www.portalvs.sk, www.study.sk internet səhifələrindən, [email protected] elektron poçt ünvanından və 00421-907-551-404 telefon nömrəsindən əldə etmək mümkündür.
Təqaüdün verilməsi üçün əsas şərt namizədin slovak dilini yüksək səviyyədə bilməsidir. Təqaüd proqramında iştirak edəcək namizədlər sənədlərini elektron formada mayın 30-dək göndərməlidirlər.