DÜNYA
Slovakiyada Baş nazirə qarşı sui-qəsd terror aktı hesab edilməyib
Bakı, 9 oktyabr, AZƏRTAC
Slovakiya Ali Məhkəməsi Baş nazir Robert Fitsoya qarşı sui-qəsdi terror aktı hesab etməyib.
AZƏRTAC Slovakiya mediasına istinadla xəbər verir ki, Ali Məhkəmə işə yenidən baxdıqdan sonra prokurorluğun sui-qəsdə yanlış təsnifat verdiyi qənaətinə gəlib.
Robert Fitsoya atəş açan və istintaq təcridxanasında saxlanılan 71 yaşlı təqaüdçü, yazıçı Yuray Sintula hazırda məhkəmənin hökmünü gözləyir.
Xatırladaq ki, bu il mayın 15-də Slovakiyanın qərbindəki Handlova şəhərində Robert Fitsoya sui-qəsd olub. İnsident nəticəsində yaralanan və bir neçə əməliyyat keçirən Baş nazir yalnız iyul ayında vəzifəsinin icrasına başlaya bilib.