İQTİSADİYYAT
SOCAR keçən il çıxardığı neftin həcmini açıqlayıb
Bakı, 16 yanvar, AZƏRTAC
Ötən il SOCAR öz neft hasilatını sabitləşdirməyə nail olub.
AZƏRTAC SOCAR-a istinadla xəbər verir ki, 2019-cu ildə şirkət birbaşa öz imkanları ilə istismar etdiyi yataqlarda neft hasilatını sabitləşdirməyə nail olub və il ərzində 7,7 milyon ton neft hasil edib.
Keçən il ölkədə 37,5 milyon ton xam neft hasil olunub. SOCAR birbaşa özünün istismar etdiyi yataqlarda neft hasilatını sabitləşdirməyə nail olsa da, başqa əməliyyatçı şirkətlərin göstəriciləri də daxil olmaqla, ümumilikdə ölkə üzrə, neft hasilatının idarə olunan templə təbii azalması davam edib.