Azərbaycan Dövlət İnformasiya Agentliyi

Son 5 ildə şərabın pərakəndə satışı ilə bağlı ən yüksək göstərici 2023-cü ildə qeydə alınıb

Son 5 ildə şərabın pərakəndə satışı ilə bağlı ən yüksək göstərici 2023-cü ildə qeydə alınıb

Bakı, 10 aprel, AZƏRTAC

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin rəsmi məlumatları əsasında apardığı təhlil göstərir ki, son 5 ildə şərabın pərakəndə satışı ilə bağlı ən yüksək göstərici 2023-cü ildə qeydə alınıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, həmin il satışdan 17 milyon 711 min 100 manat (17,7 milyon manat) gəlir əldə edilib.

2023-cü ildə şərabın satışında 38,5 faiz və ya 4 milyon 927 min manat (4,9 milyon manat) artım qeydə alınıb.

2024-cü ildə isə şərabın pərakəndə ticarət dövriyyəsi 2023-cü ilə nisbətən 6,3 faiz və ya 1 milyon 122 min 400 manat (1,1 milyon manat) azalaraq 16 milyon 588 min 700 manat (16,6 milyon manat) təşkil edib.

Qeyd edək ki, şampan şərabının pərakəndə satış göstəricilərində şərabın pərakəndə satış göstəricilərindən fərqli olaraq, son 5 ilin hər birində artım müşahidə edilib.

Şampan şərabının pərakəndə satışı üzrə ən yüksək artım 2022-ci ildə 71,8 faiz və ya 1 milyon 140 min 800 manat (1,4 milyon manat) olaraq qeydə alınıb. 2024-cü ildə isə şampan şərabının pərakəndə satışı 2023-cü il ilə müqayisədə 1,6 faiz və ya 50 min 100 manat (50,1 min manat) artıb.

2024-cü ildə şərab satışının rüblər üzrə göstəricilərini müqayisə etsək görərik ki, ötən ilin II rübündən başlayaraq şərabın pərakəndə satışı növbəti rüblərdə azalıb. Ən az pərakəndə satış göstəricisi 2024-cü ilin son rübündə 4 milyon 52 min manat (4,1 milyon manat) olaraq qeydə alınıb. Qeyd edək ki, bu göstərici III rüb ilə müqayisədə 2,71 faiz və ya 113 min manat azlıq təşkil edir.

2024-cü ilin II və III rüblərində şampan şərabının pərakəndə satış göstəricilərində azalma müşahidə edilsə də, ilin son rübündə kəskin artım qeydə alınıb. Daha dəqiq desək, 2024-cü ilin IV rübündə şampan şərabının satış göstəricisi III rüb ilə müqayisədə 32,28 faiz və ya 227 min manat artım ilə fərqlənib. Bu artımı Yeni il bayramı ilə əlaqələndirmək olar.

Rəsmi rəqəmlər göstərir ki, hər il spirtli içkilərin pərakəndə ticarət dövriyyəsində şərabın pərakəndə satış payı şampan şərabının pərakəndə satış payından daha çox olub.

2024-cü ildə spirtli içkilərin pərakəndə ticarət dövriyyəsində şərabın satış payı 4,87 faiz, şampan şərabının satış payı isə 0,91 faiz təşkil edib.

Son 5 ildə spirtli içkilərin pərakəndə ticarət dövriyyəsində şərabın ən yüksək satış pay göstəricisi isə 2020-ci ildə 7,28 faiz ilə qeydə alınıb. Spirtli içkilərin pərakəndə ticarət dövriyyəsində şampan şərabının ən yüksək pərakəndə satış payı isə 2022-ci ildə 1,22 faiz ilə müşahidə edilib.

Məlumat üçün bildirək ki, 2024-cü ildə ən çox pərakəndə satışı olan spirtli içki 47,83 faiz ilə (163,1 milyon manat) araq olub. İkinci sırada isə 18,69 faiz ilə (63,7 milyon manat) pivə yer alıb. Şərab bu sıralamada 4,87 faiz ilə (16,6 milyon manat) üçüncü, konyak 3,03 faiz ilə (10,3 milyon manat) dördüncü, şampan şərabı isə 0,91 faiz ilə (3,1 milyon manat) beşinci pillədə yer alıb. Hesabatda adı çəkilməyən digər spirtli içki məhsulları isə toplamda 2024-cü ildə ümumi spirtli içki pərakəndə satışının 24,68 faizini (84,1 milyon manat) təşkil edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilir

Türkiyə Kuboku: “Trabzonspor” finala yüksəlib

Qazaxıstan Prezidenti İstanbulda baş verən zəlzələ ilə bağlı Türkiyə liderinə dəstəyini ifadə edib

“Abşeron” klubu Azərbaycan Basketbol Liqasında yarımfinala yüksəlib

Tramp: Növbəti bir neçə gün Ukrayna danışıqları üçün çox vacib olacaq

XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

Vladimir Fekete: Papa Fransisk bütün dini liderlər üçün əsl nümunədir

Kiyevdə Rusiyanın kütləvi hücumları nəticəsində həlak olanlarla bağlı matəm günü elan olunub

Bakıda Roma Papası Fransiskin ruhuna Müqəddəs Messa keçirilib

Əbu-Dabidə Dünya Təbiəti Mühafizə konqresi keçiriləcək

Ursula Fon der Lyayen: Enerji çağırışlarına kollektiv cavab verilməlidir

Mərakeşin paytaxtında “Əlifba” mədəni layihəsinin təqdimatı keçirilib

Finlandiyadan İsveçrəyə uçan təyyarə sərxoş sərnişinə görə Berlinə məcburi eniş edib

Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

Qarabağa səfər edən hindistanlı səyyah: Ölkənin bu hissəsi çox fərqlidir, heyrətamizdir

TÜBİTAK kosmik texnologiyalar sahəsindəki təcrübəsini “Azərkosmos” ilə bölüşəcək

Çinin “Şencou-20” gəmisi kosmik stansiya ilə birləşib

“Azərkosmos” və Özbəkistanın “Uz-Sat” şirkəti arasında memorandum imzalanıb

“İnformasiya savadlılığı və süni intellekt” - elmi seminar

Ticarət şəbəkələrinin fəaliyyəti ilə bağlı ictimai müzakirə təşkil olunub

“Global Times”: Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılması təbii irəliləyişdir

“Azərkosmos” və Macarıstanın “4iG” şirkəti yeni strateji əməkdaşlığa imza atdılar

“Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi və mədəni əsasları” mövzusunda elmi-praktik konfrans keçirilib

Slovakiyadan olan səyyah: Qarabağın gözəlliyi bir başqadır VİDEO

Slovakiyadan olan səyyah: Qarabağın gözəlliyi bir başqadır VİDEO

Dünyanın məşhur səyyahları Ağdama gəliblər  YENİLƏNİB FOTO  VİDEO

Dünyanın məşhur səyyahları Ağdama gəliblər  YENİLƏNİB FOTO VİDEO

Alper Gezeravcı: Azərbaycan yaxın gələcəkdə kosmik ekosistemin əsas iştirakçılarından biri olacaq

Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu medal qazanıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibi seçilib

Azərbaycan boksçusu Çempionlar Gecəsində döyüşəcək

Avropa İttifaqı köhnə avtomobillər üçün illik texniki baxışı məcburi etməyi planlaşdırır

Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı keçirilib

® “PAŞA Holdinq”in təşkilatçılığı ilə Bakıda növbəti “INMerge” İnnovasiya Sammiti keçiriləcək

Folklorşünas-alim Azad Nəbiyevin 80 illik yubileyinə həsr olunmuş elmi sessiya təşkil edilib

"Azərreyl"in voleybolçusu: İnam sayəsində çempion olduq

İngiltərə və Uelsdə şəxsi oğurluq halları 22 faiz artıb

İngiltərəli səyyah: Azərbaycanın təhsilə böyük önəm verməsi və ona sərmayə qoyması çox gözəldir VİDEO

İngiltərəli səyyah: Azərbaycanın təhsilə böyük önəm verməsi və ona sərmayə qoyması çox gözəldir VİDEO

“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” - elmi-praktik konfrans

Azərbaycan hərbçiləri “KURTARAN-2025” təlimlərində iştirak edəcək

Naxçıvanda “Hədəf-2025” təlimi reallaşıb

"Azərreyl"in baş məşqçisi: Geri dönüş edəcəyimizə inanırdım

Azərbaycan Premyer Liqasında növbəti turun hakim təyinatları açıqlanıb

Dünyanı xilas edə biləcək çağırışlar

Azərbaycanın basketbol klublarının Çempionlar Liqasında iştirakı müzakirə olunub

Vaşinqtonda Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ-ın iştirakı ilə maliyyə konfransı keçirilib VİDEO

Vaşinqtonda Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ-ın iştirakı ilə maliyyə konfransı keçirilib VİDEO

“Code For Future”nin məzunu olan BDU tələbələrinə sertifikatlar verilib

Voleybol üzrə Azərbaycan çempionu olan "Azərreyl" komandası mükafatlandırılıb

Böyük Britaniya sahillərində nəhəng aysberqlərin izləri aşkar edilib

Xəbərdarlıq: İntensiv yağış yağacaq, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcək

Dünyanın tanınmış alimləri, sənaye nümayəndələri və tədqiqatçıları ADNSU-da bir araya gəlib

Avropalıların öz iqtisadiyyatlarına inamı azalıb

Bişkekdəki "Manas” Milli Teatrında Qədim Musiqi Alətləri Ansamblının konserti olub

Türkiyə Müdafiə Nazirliyi: 1915-ci il hadisələri zamanı ermənilərin qətlə yetirdikləri günahsız türklərin xatirəsini anırıq

Fransa Hərbi Dəniz Qüvvələrinin üzvü Aralıq dənizində itkin düşüb

“Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda ictimai müzakirə keçirilib

Kosmik Texnologiyalar Konfransının ilk günü başa çatıb

Su əsaslı ikifazalı sistemlər və onların tətbiq perspektivləri - elmi seminar

Vatikanda Roma Papası ilə vida mərasimi keçirilir

"Azərreyl" komandası qadın voleybolçular arasında Azərbaycan çempionatının qalibi olub

ADPU-da “Ədəbi əlaqələr - yaradıcılıq prosesinin güzgüsü” antologiyası təqdim edilib

“Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı: imkanlar və perspektivlər” mövzusunda konfrans keçirilib

Media: Fransa XİN-in rəhbəri Suriyadakı terrorçuların başçısı ilə görüş elan edib

KOBİA sədri: Rəqəmsal texnologiyaların inkişafı ticarət şəbəkələrinə müsbət təsir göstərir

Qazaxıstan və Əfqanıstan dəmir yolu tikintisi ilə bağlı razılığa gəliblər

“Prezident Kuboku”nda iştirak edəcək Azərbaycan parataekvondoçuları bəlli olub

“MonacoSAT” şirkəti “Azərkosmos”la əməkdaşlıqda maraqlıdır

Rusiyanın Tula şəhərində rəssam Hədis Hacıyevin səhnə tərtibatında “Tartüf” tamaşası təqdim edilib

Hərbi qulluqçumuz NATO Müdafiə Kollecinin Regional Əməkdaşlıq kursunu uğurla başa vurub

Ukrayna mətbuatı Prezident İlham Əliyevin Çinə səfərinə dair məqalələr dərc edib

“Qloballaşan dünyada din siyasəti: yeni reallıqlar və perspektivlər” mövzusunda regional konfrans keçirilib

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Avarçəkmə üzrə “Prezident Kuboku” reqatasının rəsmi paradının vaxtı açıqlanıb

BMU ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında əməkdaşlıq müzakirə olunub

Hazırda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 200-ə yaxın benefisiara xidmət göstərilir

Xüsusi hazırlıq keçmiş taksi sürücüləri bu gün imtahan veriblər

AMEA-da akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyi qeyd edilib

BDU-da Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqata inteqrasiyasına dair təlim keçirilib

Prezident İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb VİDEO

Vyanada Məhəmməd Əsəd bəyin xatirəsi anılıb

Tramp varlıların ABŞ-dan mümkün qaçışının səbəbini açıqlayıb

Rusiya Müdafiə Nazirliyi general-mayor Həzi Aslanov haqqında materiallar dərc edib

Azərbaycanlı astronavt Tuva Cihangir Atasevər: Kosmosda qazandığımız texnologiyalardan bütün Türk dünyası faydalanacaq

Birləşmiş Krallıq ABŞ-dan avtomobil idxalına tətbiq olunan rüsumları kəskin azalda bilər

“İKT-də Qızlar Günü” münasibətilə tədbir təşkil edilib

Türkmənistan portalı Prezident İlham Əliyevin Çinə səfərini işıqlandırıb

Türkiyədə GSM xətti vasitəsilə dələduzluq edən şəxslər saxlanılıb

Avropa Voleybol Konfederasiyasının prezidenti Fəxri xiyabanı ziyarət edib

Ali təhsil sistemində ən vacib addım beynəlxalq əməkdaşlığın qurulmasıdır – ekspert

Azərbaycan-Çin Universitetinin açılması ölkəmizə Şərq təhsilinin təcrübəsini gətirə bilər – ekspert

Masallıda 23 kilometrlik avtomobil yolunun yenidən qurulmasına başlanılıb VİDEO

Masallıda 23 kilometrlik avtomobil yolunun yenidən qurulmasına başlanılıb VİDEO

Komissiya sədri: Ermənistan Avropa İttifaqı missiyası və personalına kəşfiyyat, casus fəaliyyəti üçün şərait yaradıb

Qubada 3 nəfəri it dişləyib VİDEO

Qubada 3 nəfəri it dişləyib VİDEO

Dünya səyyahları Xankəndidə  YENİLƏNİB FOTO VİDEO

Dünya səyyahları Xankəndidə YENİLƏNİB FOTO VİDEO

Milli Məclisin sədri Roma Papası Fransiskin dəfn mərasimində iştirak edəcək

Çin XİN rəsmisi: Azərbaycanla qarşılıqlı viza rejiminin ləğvi ikitərəfli münasibətlərin inkişafına yönəlib VİDEO

Çin XİN rəsmisi: Azərbaycanla qarşılıqlı viza rejiminin ləğvi ikitərəfli münasibətlərin inkişafına yönəlib VİDEO

Coğrafiyaçı alim məktəbliləri qlobal istiləşmənin fəsadları barədə məlumatlandırıb

“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonalarını əks etdirən xəritələrin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

AZAL daha iki kurort şəhərinə uçuşlara başlayır

“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun əsasnamələrinin təsdiq edilməsi və “Zaqatala Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 7 may tarixli 155 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI