Son beş ayda “e-sosial” internet portalından 6 milyon 700 min dəfə istifadə olunub

Bakı, 24 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 2 milyon 461 minə çatıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 2019-cu ildə istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlara dair toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış və yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı yaradır.
E-sosial portalı üzərindən pensiya, müavinət, təqaüd, əlillik, reabilitasiya, məşğulluq, iş yeri və s. barədə müxtəlif növdə elektron arayış əldə etmək də mümkündür.
Bu ilin yanvar-may aylarında portaldan 6 milyon 700 min dəfə istifadə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.07.2025 [13:30]
Daha 65 vətəndaşa hüquqi yardım göstərilib
- 10.07.2025 [12:55]
Nəsimi rayonunda narkoşəbəkənin iki üzvü saxalanılıb VİDEO
- 10.07.2025 [11:12]
Baş prokuror Zaqatalada vətəndaşların müraciətlərini dinləyəcək
- 10.07.2025 [11:08]
“Könüllü DOST” proqramına 800-dən çox şəxs cəlb olunub
- 10.07.2025 [11:08]
Lefkoşada “Türk dünyası ailəmizdir” mövzusunda konfrans keçirilib
- 10.07.2025 [10:46]