Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1356 yoluxma faktı qeydə alınıb

Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1356 yoluxma faktı qeydə alınıb, 2651 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 476 min 409 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 441 min 731 nəfər müalicə olunaraq sağalıb, 6 min 370 nəfər vəfat edib. Aktiv xəstə sayı 28 min 308 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 546, bu günə qədər isə ümumilikdə 4 milyon 778 min 393 test icra olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]