Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Sosial Tədqiqatlar Mərkəzi “İkinci Qarabağ müharibəsi: ictimai rəydə” mövzusunda keçirilmiş sosioloji sorğunun nəticələrini açıqlayıb

Sosial Tədqiqatlar Mərkəzi “İkinci Qarabağ müharibəsi: ictimai rəydə” mövzusunda keçirilmiş sosioloji sorğunun nəticələrini açıqlayıb

Bakı, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də Sosial Tədqiqatlar Mərkəzi “İkinci Qarabağ müharibəsi: ictimai rəydə” mövzusunda keçirilmiş sosioloji sorğunun nəticələrini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, Tovuz istiqamətində gedən şiddətli döyüşlərdən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı təhdid etməyə çalışaraq “yeni müharibə, yeni ərazilər” siyasəti həyata keçirəcəyini bəyan edirdi. Qeyd etmək lazımdır ki, son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdı. Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə zərbə vurmaqda davam edirdi.

Bu il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədində-Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan tərəfi müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutaraq canlı qüvvələrimizin və mülki vətəndaşımızın itki verməsinə səbəb olmuşdu. Azərbaycan tərəfi Ermənistanın təxribatlarının qarşısını qətiyyətlə almaqla yanaşı, yaşayış məntəqələrini və strateji yüksəklikləri qorumağa müvəffəq olmuşdu.

Məhz Ermənistanın təcavüzkar siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayandırılıb. Münaqişənin həlli məqsədilə yaradılmış beynəlxalq vasitəçilik missiyasının işini dayandırmağa yönəlmiş hərəkətlər bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışıqları pozmaq və status-kvonu saxlamaqdır. Lakin prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan nəticəsiz danışıqları davam etdirməyəcək. O halda rəsmi İrəvanın on minlərlə insanı birləşdirən “könüllü” hərbi birləşmələr yaratmaq ideyası Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzünün düşünülmüş plan olduğunu sübut edir.

Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailənin Dağlıq Qarabağa, o cümlədən, Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirilməsi də işğal edilmiş torpaqlarımızda qanunsuz məskunlaşma siyasəti aparıldığını bariz şəkildə nümayiş etdirir. Belə qanunsuz məskunlaşma cinayət hesab olunur və Cenevrə Konvensiyasına tamamilə ziddir.

İşğal edilmiş torpaqlarda keçirilmiş hərbi təlimlər də Azərbaycana hücum etmək, mülki əhalini atəşə tutmaq və yeni torpaqları ələ keçirmək məqsədi daşıyır. İşğalçı Ermənistanın bütün davranışları aydın şəkildə onun genişmiqyaslı müharibəyə hazırlaşdığını göstərir. Azərbaycan tərəfi bu barədə beynəlxalq ictimaiyyəti davamlı olaraq xəbərdar edirdi və Ermənistanın təxribatlarının qarşısının alınması üçün bütün tədbirləri görürdü.

Azərbaycanın formalaşdırdığı ictimai-siyasi reallıq ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində tənzimlənməsini məqbul hesab edir.

Münaqişənin tənzimlənməsi prosesində vasitəçi qismində çıxış edən ATƏT Minsk Qrupunun fəaliyyətsizliyi işğalçı Ermənistanın özünü tam cəzasızlıq mühitində hiss etməsini şərtləndirib. Artıq Azərbaycan cəmiyyətində münaqişənin dinc vasitələrlə tənzimlənməsinə olan inam əhəmiyyətli dərəcədə zəifləyib.

Yuxarıda sadalanan hərbi-siyasi reallıq fonunda Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən rəy sorğusu Azərbaycana qarşı hərbi təhdidlərə ictimai münasibəti müəyyən etməyə, dövlətin bu məqsədlər naminə yürütdüyü siyasətə xalqın münasibətini öyrənməyə və münaqişənin hərbi yolla tənzimlənməsinin perspektivlərinə vətəndaşların inamını ölçməyə xidmət edir.

Sorğunun nəticələri göstərir ki, Azərbaycan xalqı Prezidentin ərazi bütövlüyümüzün təminatı yolunda illərlə apardığı qətiyyətli siyasəti mütləq şəkildə müdafiə edir. Bu, vətəndaşlarımızın həm də dövlətimizə sadiqliyini nümayiş etdirir. Bu gün Azərbaycan ordusu öz rəşadəti ilə ölkəmizin ərazi bütövlüyünü qoruyur və böyük qəhrəmanlıq göstərir.

“İkinci Qarabağ müharibəsi: ictimai rəydə” mövzusunda keçirilmiş sosioloji sorğu nəticəsində Xalq-Prezident birliyi, ölkə rəhbərinin düzgün xarici siyasəti, Ali Baş Komandanın dərin və sistemli ordu quruculuğu siyasəti, düşmən üzərində son illərdə əldə edilmiş qələbələr, bir sıra ölkələrlə uğurlu hərbi əməkdaşlıq, müharibəyə hazırlıq səviyyəsi, Azərbaycan dövlətinin bütün növ Silahlı qüvvələri dair quruculuq siyasəti, dövlətimizin regional və qlobal mövqeyinin güclənməsi, nəticədə Milli Ordumuzun Ermənistan ordusundan güclü olduğunu sübut etməsi, növbəti dəfə düşməni psixoloji məğlubiyyətə uğratması ictimai fikirdə də müsbət qiymət almış, potensial müharibə şəraitində tərəflərə (Ermənistan və Azərbaycan) hansı ölkələrin nə dərəcədə və hansı istiqamətdə dəstək verəcəkləri, ATƏT Minsk Qrupunun fəaliyyəti və digər önəmli faktorlar haqqında dəqiq ictimai baxışlar və aydın fikir formalaşıb.

Tədqiqatın metodologiyası: Sosioloji sorğu çərçivəsində Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Yuxarı Qarabağ, Aran və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonları əhatə olunmaqla, iki fərqli dövrdə (24.08-10.09.2020 və 28.09-30.09.2020) ümumilikdə 2758 respondentin rəyi öyrənilib.

Tədqiqatın nəticələrinin əhatəliliyini təmin etmək istiqamətində məlumatların toplanılmasının kəmiyyət metodunda əhalinin 18 yaşdan yuxarı hissəsi arasında milli-reprezentativ təsadüfi seçmə vasitəsilə sorğu keçirilib. Tədqiqat çərçivəsində respondentlərin seçiminin ilk mərhələsində hər iqtisadi rayon üzrə sorğuda iştirak edəcək respondent sayı müəyyənləşdirilib. Sorğuda əhatə edilmiş respondent sayına əsasən nəticələrin xəta əmsalı 95 faiz əminlik intervalında 2,0 faiz təşkil edir. Əldə olunmuş nəticələr birinci mərhələdə 12 iyul Tovuz döyüşləri ərəfəsində Azərbaycan cəmiyyətinin potensial müharibə vəziyyəti ilə əlaqədar mövqeyi və gözləntilərini özündə əks etdirdiyi halda, ikinci mərhələ Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən II Qarabağ müharibəsinə cari vəziyyətdə ictimai münasibətin və həmrəylik səviyyəsinin öyrənilməsindən ibarətdir.

Sosioloji sorğunun I mərhələsinin nəticələri

Sizcə Azərbaycan dövləti və xalqı müharibəyə nə dərəcədə hazırdır?

Təhlillər göstərir ki, respondentlərin mütləq əksəriyyəti dövlətimizin (94,4 faiz) və Azərbaycan xalqının (94,8 faiz) müharibəyə tam hazır olduğu fikrini bölüşüb.

• Azərbaycan ordusunun gücünü necə qiymətləndirirsiniz?

Mümkün müharibə şəraitini nəzərə alaraq Azərbaycan ordusunun gücü rəyi öyrənilənlərin 98,0 faizi tərəfindən yüksək qiymətləndirilib.

Prezident, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağ probleminin hərbi yolla həll ediləcəyinə inanırsınızmı?

Ölkə Prezidentinin Dağlıq Qarabağ problemini hərbi yolla həll edəcəyinə inamını bəyan edən respondentlər ümumi rəyi öyrənilənlərin 93,1 faizini təşkil edib. Sorğu nəticələrinin ilkin təhlilinə əsaslanaraq xalq tərəfindən formalaşmış yüksək inamın əsas səbəbləri kimi aşağıdakı faktorların ön plana çıxdığını qeyd edə bilərik:

 Hakimiyyətin güclü ordu quruculuğu siyasəti – 57,6 faiz;

 Ölkə rəhbərinin geosiyasi mühiti düzgün dəyərləndirməsi – 48,2 faiz;

 Düşmən üzərində son dövrlərdə əldə edilmiş qələbələr – 39,9 faiz;

 Bir sıra ölkələrlə uğurlu hərbi əməkdaşlıq – 34,2 faiz.

• II Dağlıq Qarabağ müharibəsinin başlanması sizin üçün hansı mənanı ifadə edir?

“İkinci Dağlıq Qarabağ müharibəsinin başlanması sizin üçün hansı mənanı ifadə edir” sualına rəyi öyrənilənlərin müxtəlif aspektlər üzərindən dəyərləndirmələrini aşağıdakı istiqamətlər kimi qruplaşdıra bilərik:

Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğaldan azad edilməsi – 89,6 faiz;

 “Məğlub xalq” sindromunun aradan qalxması – 30,5 faiz;

 Dövlətimizin regional və qlobal mövqeyinin güclənməsi – 21,1 faiz;

 Münaqişənin həllinin uzanması istiqamətində maraqlı olan tərəflərin planlarının pozulması – 17,5 faiz;

 Digər faktorlar – 1,7 faiz.

• Azərbaycanın I Qarabağ müharibəsində itirdiyi torpaqların son döyüşlərlə geri qaytarılmasını şərtləndirən əsas amillər kimi nələri qeyd edə bilərsiniz?

Sorğu çərçivəsində əldə edilmiş ictimai rəyin təhlilinə əsaslanaraq Azərbaycanın birinci Qarabağ müharibəsində itirdiyi torpaqların son döyüşlərlə geri qaytarılmasını şərtləndirən əsas faktorlar kimi aşağıdakı istiqamətlər təsbit edilib:

 Xalq-Prezident birliyi faktoru – 73,1 faiz

 Azərbaycanın dövlətinin güclü ordu quruculuğu təşəbbüsləri – 52,1 faiz

 Azərbaycan dövlətinin reallaşdırdığı güclü daxili və xarici siyasət – 34,9 faiz

 Ermənistanda hökm sürən siyasi-iqtisadi böhranın dərinləşməsi – 5,9 faiz

 Digər faktorlar – 1,2 faiz

• Müharibə başlayacağı təqdirdə özünüzü və ailə üzvlərinizi nə dərəcədə təhlükəsizlikdə hiss edirsiniz?

Müharibə vəziyyətində respondentlərin 49,9 faiz-i özünü tam, 28,2 faizi qismən təhlükəsizlikdə hiss edəcəyini bəyan etdiyi halda, 20,7 faizi respondent əks mövqedən çıxış edib.

• Müharibə başladığı halda özünüz və ya ailə üzvlərinizdən kiminsə cəbhəyə getməsini məqbul hesab edərsinizmi?

Mümkün müharibə vəziyyətində özü və ya ailə üzvlərinin döyüşmək üçün cəbhəyə gedəcəyini bəyan edən respondentlər 91,2 faiz, əks mövqedən çıxış edənlər isə 7,3 faiz kimi təsbit edilib. Bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkənlər isə ümumi respondentlərin sadəcə 1,5 faizini təşkil edib.

• ATƏT-in Minsk Qrupunun münaqişənin tənzimlənməsindəki fəaliyyətini necə qiymətləndirirsiniz?

Münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyətinə ictimai rəy birmənalı olaraq 81,8 faiz respondent tərəfindən mənfi qiymətləndirildiyi halda, 10,6 faiz tərəfindən müqayisə etibarilə müsbət dəyərləndirilib. Xüsusilə qeyd etmək lazımdır ki, respondentlərin 7,6 faizi isə bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkdiyini bəyan edib. Potensial müharibə situasiyasında tərəflərə (Azərbaycan və Ermənistan) hansı ölkələrin nə dərəcədə və hansı istiqamətlərdə dəstək verəcəyi ilə bağlı respondent rəylərini aşağıdakı kimi xarakterizə edə bilərik:

Ayrı-ayrı ölkələrinin müharibə şəraitində tərəflərə bu və ya digər şəkildə dəstək ifadəsi

Pakistan - 98 faiz, Ukrayna - 93 faiz, İsrail - 87, Gürcüstan - 71 faiz, Belarus - 70 faizdən çox.

Sosioloji sorğunun II mərhələsinin nəticələri

• Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlamasını necə qiymətləndirirsiniz?

Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlamasına ictimai rəy birmənalı şəkildə müsbət təsbit edilmişdir. Belə ki, respondentlərin 99,5 faizi ölkə başçısı Ali Baş Komandanın əks-hücum əməliyyatları qərarını yekdilliklə dəstəkləyərək səfərbərliyə hazır olduqlarını bəyan edib.

• Prezident, Ali Baş Komandanın televiziya vasitəsilə xalqa müraciəti və ölkəmizdə hərbi vəziyyət və qismən səfərbərliyin elan edilməsinə münasibətiniz necədir?

Rəyi öyrənilənlərin 98,2 faiz Ali Baş Komandanın xalqa müraciətini müsbət qiymətləndirməklə ona birmənalı şəkildə dəstək verdiklərini bəyan edib. Analoji tendensiyanı Ali Baş Komandan tərəfindən elan edilən hərbi vəziyyət və qismən səfərbərliyə ictimai münasibətdə də müşahidə etmək mümkündür. Respondentlərin 96,9 faizi müsbət mövqedən çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ aprel ayına qədər Ukraynaya yardım haqqında yeni qanun layihəsi təqdim edə bilər

Haitidə məhbusların kütləvi şəkildə qaçması zamanı 10 nəfər həlak olub

OPEC+ ölkələri hasilatın azaldılmasını iyunun sonuna qədər uzatmaq barədə razılaşıblar

Macarıstan XİN-in başçısı Makronun düşüncəsizliyini tənqid edib

NYT: HƏMAS İsraillə məhbus mübadiləsi formulu ilə razılaşmayıb

“QGallery”də Kamran Məmmədovun “Təfsir” adlı fərdi sərgisi açılıb

Polkovnik: Nuru Paşanın adı Azərbaycan hərb tarixində daim yaşayacaq

Bolqarıstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

ABŞ Hərbi Hava Qüvvələri süni intellektə malik min pilotsuz qırıcı qəbul etməyi planlaşdırır

Azərbaycan həndbol millisi seçmə mərhələdə Litvaya məğlub olub

Akif Aşırlı: Nuru Paşanın Azərbaycan qarşısında xidmətləri böyükdür

Salyanda yol qəzası baş verib, xəsarət alanlar var

Azərbaycan cüdo millisi Avropa Kubokunda birinci yeri tutub

“Neftçi”nin baş məşqçisi: Düşünürəm ki, 4:1 hesablı məğlubiyyət ədalətli nəticə deyildi

İngiltərə Premyer Liqası: "Mançester Siti" doğma meydanda "qırmızı şeytanlar"ı məğlub edib

Türkiyə Superliqası: “Qalatasaray” derbidə “Beşiktaş”a qalib gəlib

Qurban Qurbanov: İstəkli komandaya qarşı oynadıq

Azərbaycan komandası tarixində ilk dəfə elektron idman növü üzrə yarışın qalibi olub

Azərbaycan gimnastları Almaniyada iki medal qazanıblar

Azərbaycan Premyer Liqası: “Qarabağ” derbidə “Neftçi”ni məğlub edib

Antalya Diplomatiya Forumu başa çatıb

Ombudsman: Minaların dəqiq xəritələrini təqdim etməsi üçün Ermənistana təzyiq göstərilməlidir

Azərbaycan Avropa İttifaqı üçün mühüm enerji müttəfiqidir ŞƏRH

Bakıda Nuru Paşa ilə bağlı anım tədbiri təşkil olunub YENİLƏNİB VİDEO

Professor: Forumda Azərbaycanla Türkiyənin Avropanın enerji təhlükəsizliyində mühüm rolu vurğulanıb

Azərbaycan boksçusu İtaliyada lisenziya turnirinə qələbə ilə start verib

Premyer Liqa: “Səbail” səfərdə “Qəbələ”yə qalib gəlib

Sumqayıt həkimləri konfrans zamanı cərrahiyyə əməliyyatını birbaşa izləyiblər

Şəki-Zaqatala bölgəsinin məktəbliləri fənn müsabiqələrinin rayon (şəhər) mərhələsində biliklərini sınayıblar

Xaçmazda minik avtomobilləri toqquşub, 4 nəfər xəsarət alıb VİDEO

Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumuna verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib

İmişlidə dəm qazından boğulan yeniyetmə xəstəxanaya yerləşdirilib

DİM: Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verib

Prezident İlham Əliyev “Euronews”a müsahibəsində Cənub Qaz Dəhlizinin əhəmiyyətini bir daha diqqətə çatdırdı - RƏY

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Naxçıvanda olimpiada və fənn müsabiqələrinin rayon mərhələsi keçirilib

Belqrad Şəhər Assambleyasına yeni seçkilər keçiriləcək

Azərbaycanın bəzi rayonlarında yollar buz bağlayacaq

Hakan Fidan Sergey Lavrovla Qafqazda sülh prosesini müzakirə edib VİDEO

Ağdərədə ilk dəfə buraxılış imtahanı keçirilib

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsi üçün mühüm vasitə ola bilər

Şəki, Qəbələ və Oğuzda buraxılış imtahanlarında heç bir qanun pozuntusuna yol verilməyib

Bərdədə tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 8 binada təşkil olunub

Petru Antone Tomasi: Fransadan Korsika xalqının hüquqlarının tanınmasını tələb edirik VİDEO

Bu gün Ümumdünya Vəhşi Təbiət Günüdür

Mina partlayışı nəticəsində yaralanan Ağdam sakini əməliyyata götürülüb

Aktotı Raimkulova: Antalya Forumu dünyadakı mənfi proseslərin diplomatik yolla həllinə töhfəsini verəcək

Sabah paytaxtda hava əsasən yağmursuz, bəzi bölgələrdə isə yağıntılı olacaq

Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilib

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Almaniyada yaşayan azərbaycanlı kibercinayətkarlıq sahəsində hüquq doktoru olub

Azərbaycanla Əlcəzairin enerji sahəsində əməkdaşlığı müzakirə olunub

Odessada yaşayış binasına dron hücumu nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

Ağdamda baş vermiş mina partlayışı ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılır VİDEO

Azərbaycan boksçularının Dünya Olimpiya Təsnifat Turnirindəki rəqibləri bəlli olub

Ağdam sakini minaya düşüb

NİİM: Hazırda imtahan keçirilən təhsil müəssisələrinin ətrafındakı yollarda sıxlıq müşahidə edilmir

Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 14-ə çatıb

Cənubi Koreyanın hərbi kəşfiyyat peyki Pxenyanın şəkillərini çəkib

Antalya Diplomatiya Forumu bu gün başa çatır

Prezidentin “Euronews”a müsahibəsi beynəlxalq aləmdə böyük maraq doğurub - RƏY

Aşpazlıq mənim üçün iş, yaxud hobbi deyil, birbaşa həyatdır – gənc peşəkarın uğur hekayəsi

Xaçmazda qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanıb

Korsikalı etirazçı: Fransa dövləti məsuliyyətini dərk etməli, Korsikadakı hazırkı siyasi vəziyyəti nəzərə almalıdır VİDEO

Haitidə həbsxanaya hücum olub, yüzlərlə məhbus azad edilib

Paskal Alberini: Fransa mediası xalqın səsini eşitmir, dezinformasiya xarakterli məlumatlar yayır VİDEO

3 Mart Uşaqların Beynəlxalq Televiziya və Radio Verilişləri Günüdür

Slovakiya XİN rəhbəri: Sanksiyalar Rusiya-Ukrayna böhranının həllinə kömək etməyəcək

Qırmızı dənizdə batan yük gəmisində 21 min ton gübrə olub

İnanıram o parlaq günə

FIFA göy vərəqənin tətbiqinin əleyhinədir

İtaliyada kiçik təyyarə qəzaya uğrayıb, pilot və sərnişin həlak olub

Ağdərədə ilk dəfə buraxılış imtahanı keçiriləcək

Bu gün 52 mindən çox XI sinif şagirdi buraxılış imtahanı verəcək

Göygöldə ağır yol qəzası: 1 nəfər ölüb, 3 nəfər yaralanıb VİDEO

Qırmızı dənizdə quru yük daşıyan gəmi batıb

Alimlər hansı hava şəraitinin insult riskini artırdığını müəyyən ediblər

İtaliya gəmisi Qırmızı dənizdə husilərin PUA-sını vurub

Hakim İspaniya çempionatının matçında "Real Madrid"i qələbədən məhrum edib

Çexiya hakimiyyəti etiraz aksiyaları keçirmək istəyən fermerlərin tələblərini təmin etməyə çalışır

Yanvarda AKİA tərəfindən 58 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib

Xankəndi–Bakı ultra marafonu: Ucardan start götürən üçüncü mərhələ Hacıqabulda başa çatıb FOTO

Almaniya Kansleri Qərb ölkələrinin hərbçilərinin Ukraynaya göndərilməsinə qarşı çıxıb

Maldiv adalarında dənizdə batan qayıqdan 13 nəfər xilas edilib

HƏMAS İsraillə danışıqları davam etdirməyə hazır olduğunu açıqlayıb

Kənd təsərrüfatı məhsullarının ixracı dəyər ifadəsində 12,1 faiz artıb

Azərbaycan və Gürcüstanın qadın şahmatçıları arasında növbəti yoldaşlıq görüşü keçirilib

Şair Sahib Məmmədov: Nə qədər varıq, kitablar da bizimlə birgə var olacaq

Türkiyə Superliqası: "Fənərbağça" səfərdə vacib üç xal qazanıb

Samuxda 2000 ağac əkilib

Azərbaycan QHT-ləri Xarici Əlaqələr üzrə Alman Şurası və Konrad Adenauer Fondunun rəhbərlərinə açıq məktub ünvanlayıb

Azərbaycan Kuboku: "Sabah" və "NTD-İndiqo" qalib gəlib

Azərbaycanın xarici işlər naziri qazaxıstanlı həmkarı ilə görüşüb

Ceyhun Bayramov: COP Üçlüyü çərçivəsində Braziliya ilə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var

Beynəlxalq Muğam Mərkəzində Rusiya Elmlər Akademiyasının 300 illiyi qeyd olunub

Kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Bastiada korsikalılar Fransa repressiyasına qarşı etiraz nümayişi keçiriblər YENİLƏNİB VİDEO

Kamera və Orqan Musiqisi Zalında Eynaudinin əsərləri səsləndirilib