Şotlandiyada ikinci müstəqillik referendumunun keçirilməsi təklif edilib
London, 27 aprel, AZƏRTAC
İngiltərənin Avropa İttifaqından ayrılması vəziyyətində Şotlandiyanın ikinci və sonuncu müstəqillik referendumunun keçirilməsi təklif edilib. Təklif Şotlandiyanın birinci naziri və Şotlandiya Milli Partiyasının lideri Nikola Stercen tərəfindən irəli sürülüb.
Xanım Stercen referendumun 2021-ci ilədək keçirilməsini təklif edib. O, qısa müddətdə ikinci referendum üçün lazım olan qanuni tənzimləmələri hazırlayacağını söyləyib. Referendum əvvəlcə Böyük Britaniya hökuməti tərəfindən təsdiqlənməlidir. Lakin Britaniya hökuməti ikinci referendumu təsdiq etməyəcəyini açıqlayıb.
Qeyd edək ki, 2014-cü ildə keçirilmiş referendumda şotlandiyalıların 55 faizi Şotlandiyanın müstəqilliyinin əleyhinə səs vermişdi.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:15]
Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur
- 09.06.2026 [14:12]
Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]