Soydaşımız Qazaxıstanda şəhər məclisinə deputat seçilib



Bakı, 9 aprel, AZƏRTAC
Qazaxıstanda yaşayan Azərbaycan diasporunun fəal nümayəndəsi Vidadi Fərzəliyev 8-ci Aktobe şəhər məclisinin deputatı seçilib.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd edək ki, Vidadi Fərzəliyev 1993-cü il sentyabrın 2-də anadan olub. Soydaşımız 2012-2024-cü illərdə Aktobedə Azərbaycan diasporunun gənclər təşkilatının sədri, 2023-cü ildən Aktobe şəhər məclisinin ictimai şurasının üzvü, 2024-cü ildən həmin şəhərin Azərbaycan diasporu sədrinin birinci müavini olub. Qeyd edək ki, əmək və ictimai fəaliyyətindəki nailiyyətlərinə görə Qazaxıstan dövləti tərəfindən dəfələrlə sertifikatlar və təşəkkürnamələrlə təltif edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.04.2025 [15:57]
Oftalmoloji xeyriyyə aksiyasında 65 jurnalist müayinə olunub
- 29.04.2025 [15:50]
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir
- 29.04.2025 [14:33]