Azərbaycan Dövlət İnformasiya Agentliyi

SSRİ dağıldıqdan sonra müstəqillik əldə etmiş yeni respublikalar USAID-in fəaliyyəti üçün meydana çevrilmişdi

SSRİ dağıldıqdan sonra müstəqillik əldə etmiş yeni respublikalar USAID-in fəaliyyəti üçün meydana çevrilmişdi

Bakı, 14 fevral, Rabil Kətanov, AZƏRTAC

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin dayandırılması haqqında Prezident Donald Trampın qərarı dünyada sabitliyin saxlanılması və yeni münaqişələrin qarşısının alınması istiqamətində atılan addımdır. Qərb mətbuatında dərc olunan bu tezisin meydana çıxması heç də təsadüfi xarakter daşımır. Bu təşkilat 1961-ci ildə Prezident Con Kenedi tərəfindən dünyanın üçüncü ölkələrində yoxsulluqla mübarizə aparmaq üçün yaradılıb. Lakin çox keçməmiş USAID korporativ maraqlar güdən ABŞ oliqarxlarının təsirinə düşərək öz fəaliyyətinin istiqamətini tamamilə dəyişdirdi. Təşkilatı maliyyələşdirərək monopoliyaya alan siyasət və biznes dairələri müxtəlif dövlətlərə siyasi təzyiq edib dövlət çevrilişləri vasitəsilə onun sərvətlərini ələ keçirməyə başladılar. Yaranmasından 12 il sonra - 1973-cü ildə USAID-in rəhbərliyi ilə Çilidə sabitlik pozuldu və milli iqtisadiyyatı dirçəltməyə çalışan Prezident Salvador Alyende devrildi. Meksika Prezidenti Klaudiya Şeynbaum agentliyin fəaliyyətini qiymətləndirərək deyib ki, bu qurum tamamilə siyasiləşib. Cənubi Amerika dövlətlərində baş verən hakimiyyət dəyişiklikləri USAID-in adı ilə əlaqəlidir. Müxtəlif media orqanlarını, siyasi partiyaları maliyyələşdirərək istədiyi kimi idarə edir.

“New York Times” yazır ki, yalnız 2023-cü ildə USAID 38,1 milyard dollar vəsait xərcləyib. Qəzetin yaydığı məlumata görə, ABŞ vergi ödəyicilərinin pulları hara və necə xərclənib araşdırılmalıdır. “Qlobal Siyasət Mərkəzi”nin rəhbəri Danil Parenkov qeyd edib ki, USAID-in bu qədər iri məbləğdə pul vəsaiti xərcləməsinə baxmayaraq dünyanın heç bir ölkəsində yoxsulluğun qarşısı alınmayıb. Halbuki, USAID-in əsas məqsədi yoxsulluğa, infeksion xəstəliklərin yayılmasının qarşısını almaqdan ibarətdir. COVID-19 pandemiyası dövründə də USAID-in fəaliyyəti hiss olunmadı.

SSRİ dağıldıqdan sonra yeni müstəqillik əldə etmiş postsovet respublikaları USAID-in fəaliyyəti üçün geniş meydana çevrildi. Uzun illər asılı vəziyyətə yaşayan respublikalar iqtisadi inkişafa can ataraq bütün vasitələrdən istifadə edirdilər. Elə bu zaman böyük imkana malik olan USAID kimi təşkilat meydana çıxır və özünün xidmətlərini təklif edirdi.

1990-cı illərdən yeni müstəqil respublikalarda möhkəmlənən agentlik okeanın o tayındakı “bosslara” uyğun olmayan hakimiyyətləri “demokratiya” devizi altında dəyişirdilər. Bu günə kimi USAID dünyada 76 dövlət çevrilişi əməliyyatını həyata keçirib, Asiya, Afrika, keçmiş Sovet İttifaqı ərazisindəki əksər respublikalarda “5-ci kolon” formalaşdırıb. Rəsmi statistikaya əsasən, ABŞ-da 20 xüsusi xidmət orqanı mövcuddur ki, onların da ümumilikdə illik büdcəsi 72 milyard dollar olduğu halda, təkcə USAID-in illik büdcəsi 50 milyard dollar təşkil edir. Bu qədər böyük vəsaitlə istənilən ölkədə dövlət çevrilişi də hakimiyyət dəyişikliyi də etmək olar.

Müasir dövrdə “yumşaq güc” ifadəsinə çox tez-tez rast gəlirik. Bu və ya digər dövlətə müdaxilə etmək üçün topa-tüfəngə o qədər də böyük ehtiyac yoxdur. USAID kimi agentlik ayrı-ayrı dövlətlərdə, medianı, ictimai, təşkilatları, siyasi partiyaları maliyyələşdirərək onların radikal addımlar atmasına səbəb olur. Yaxın tarixdə agentliyin “yumşaq güc” işlədərək Qırğızıstanda, Gürcüstanda, Ermənistanda, Belarusda, Qazaxıstanda və əlbəttə ki, Ukraynada törətdiyi əməllər göz qabağındadır. Bütün bu işlər ABŞ-ın beynəlxalq imicinə böyük zərbə vurmaqla yanaşı, büdcəsini talayır və korrupsiyanı genişləndirirdi. Prezident seçildikdən sonra D. Trampın “Truth Social” sosial şəbəkəsində “USAID korrupsiya görünməyən həddə çatıb, təcili olaraq onu bağlayın” - yazması və agentliyin fəaliyyətinin təftişinə göstəriş verməsi də təsadüfi xarakter daşımır.

Qazaxıstanlı iqtisadi analitik Zaur Süleymenov “Təsir agentləri yoxsa xeyriyyəçilər? Xarici fondlar Qazaxıstanda nə işlə məşğuldurlar” məqaləsində yazır ki, bu fondlar öz ətraflarında bir qrup gəncləri toplayaraq qrant “mafiyası” yaradır. Faktiki olaraq gənclərdən ibarət qruplar qeydiyyatsız siyasi partiya rolunda çıxış edir. Tədricən formalaşan bu qruplar Qərbdən gələn sifarişlər əsasında kütləvi aksiya və vətəndaş itaətsizliyi göstərməyə başlayırlar. Kütləvi aksiyalar bütün ölkəni əhatə etməsə belə onların nəzarətində olan mətbuat bunu elə təqdim edəcək ki, sanki bütün ölkə ayaq üstə qalıb.

Bundan başqa, təşkilat söz, fikir, düşüncə azadlığı ilə yanaşı cinsi azlıqların azadlığını da təbliğ edərək cəmiyyətdə əxlaqsızlığın, mənəviyyatsızlığın inkişafına stimul verir ki, bu da təsadüfi xarakter daşımır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, əxlaqsız cəmiyyəti idarə etmək olduqca asandır və az xərc tələb edir.

Digər bir qazaxıstanlı ekspert Anton Budarov nəzərə çatdırıb ki, Qərb fondlarının ölkədəki nümayəndəliklərinə ayrılan vəsaitlə 600 məktəbi maliyyələşdirmək olar.

ABŞ-da yeni prezidentin həyata keçirdiyi siyasətdən belə aydın olur ki, artıq rəsmi Vaşinqton “demokratiya” adı altında başqa dövlətlərin daxili işlərinə qarışmaqdan imtina edir ki, bu da elə Qərb mətbuatının yazdığı kimi dünyada sabitliyin dayanıqlı olmasına təminat verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlzın Vatikana dövlət səfəri təxirə salınıb

Tbilisidə torpaq çökməsi nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb

Azərbaycanın U-21 yığması Şimali Makedoniya ilə oyunda heç-heçə edib

Azərbaycan millisi Belarus yığması ilə görüşdə məğlub olub

Vaşinqtonda Hakan Fidanla Marko Rubio arasında görüş keçirilir

Fransada Novruz bayramı qeyd olunub

Xankəndidə iftar süfrəsi açılıb

Venesiya 2150-ci ilədək daşqın riski ilə üzləşəcək

Fransada iki kəşfiyyat təyyarəsi toqquşub

Cənubi Koreyada Azərbaycan mədəniyyəti gecəsi və Novruz şənliyi təşkil olunub

Rustem Umerov: Ukrayna və ABŞ nümayəndələri Qara dənizin, enerji infrastrukturunun təhlükəsizliyini müzakirə ediblər

Xırdalanda restoranda baş vermiş yanğın söndürülüb

Bəzi marşrutların hərəkətində tam məhdudiyyət tətbiq olunacaq

Ağ ev: Ukrayna və Rusiya Qara dənizdə təhlükəsiz hərəkəti təmin etmək barədə razılığa gəliblər

Türkiyənin ailə və sosial xidmətlər naziri Qarabağ müharibəsi şəhidlərinin övladları ilə görüşüb

Medianın İnkişafı Agentliyi Rusiyanın media nümayəndələrinin həlak olması ilə əlaqədar başsağlığı verib

“ADA Universitetində Azərbaycanın enerji və sənaye sektoru üçün strateji proqrama başladıq” - Turin Politexnik Universitetinin rektoru ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan XİN: Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi heç bir nəticə verməyəcək

Xaçmazda tibbi aksiya çərçivəsində 300 nəfər müayinə olunub

Son iki ayda sosial sahə üzrə 113 min elektron arayış verilib

Fransanın dənizaşırı ərazilər naziri “nifrətə təhrik”də ittiham olunur

Azərbaycan UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda təmsil olunur

“TEKNOFEST ŞKTC 2025”də iştirak etmək üçün müraciət edənlərin sayı 47 minə çatıb

Yuliya Klökner Almaniya parlamentinin yeni sədri seçilib

Narkokuryerdən 13 kiloqram marixuana və həşiş aşkarlanaraq götürülüb VİDEO

Azərbaycan Dillər Universitetində Çinin “Çunfen” bayramı qeyd olunub

Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib

Türkiyə dərsliklərindəki Türk dünyası xəritəsi yenilənir

Fransada bank işçiləri etiraz edirlər

Kaxa Kaladze: USAID və NED Gürcüstanı alt-üst etmək istəyirdilər

Qriqori Karasin: Ər-Riyadda Rusiya ilə ABŞ arasındakı dialoq çətin, lakin faydalı oldu

Fransada şəhər şurası Baş naziri istefaya çağırıb

® "AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir!

Futbol üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Aleksandr Lukaşenko Belarus Prezidenti vəzifəsinin icrasına başlayıb

Azərbaycanın U-21 yığması Türkiyədə Şimali Makedoniya ilə qarşılaşacaq

İstanbulda daha bir bələdiyyə sədri şübhəli qismində ifadə verəcək

BMT-nin Cenevrə ofisində Qarabağ müharibələrinin qurbanına çevrilmiş azərbaycanlı uşaqların hüquqlarından danışılacaq

Azərbaycandakı dini konfessiya rəhbərləri Böyük Britaniyanın Baş nazirinə müraciət ünvanlayıblar

Bu gün Belarus Prezidentinin andiçmə mərasimi keçiriləcək

Sabah paytaxtda 15, bəzi bölgələrdə isə 18 dərəcə isti olacaq

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Moskvada təntənəli iftar mərasimi təşkil edib

“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda ağacəkmə aksiyası təşkil olunub

Azərbaycan millisi bu gün Belarusla yoldaşlıq görüşü keçirəcək

Aleksandr Lukaşenko: Belarusla Azərbaycan arasındakı xoşniyyətli münasibətlər ikitərəfli əlaqələrin bundan sonra da genişlənməsinə kömək edəcək

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Dünya birjalarında neftin qiyməti enib

Dünya bazarında Azərbaycan nefti bahalaşıb

Qanunsuz saxlanılan odlu silah-sursatın götürülməsi istiqamətində tədbirlər davam etdirilir

Elm Günü AMEA-nın 80 illik yubileyi ərəfəsində: Keçmişdən bu günə

DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Baş prokuror Kamran Əliyev Vyetnamda bir sıra görüşlər keçirib VİDEO

Aviaşirkətlər Hitrou hava limanını məhkəməyə verə bilər

Bu gün Azərbaycanın mühacir şairi Almas İldırımın doğum günüdür

Yeni Zelandiyada güclü zəlzələ baş verib

Fransada dəmiryolçular tətilə hazırlaşırlar

Gəncə paxlavası: Tarixi qoruyub saxlayan dad

Əbu-Dabi AIM İnvestisiya Sammitinə ev sahibliyi edəcək

Hamburqda Novruz şənliyi təşkil olunub

Bioloqlar iştahı idarə edən qədim neyrohormon aşkarlayıblar - ARAŞDIRMA

Agentlik: Dünyada elektrik enerjisindən istifadə rekord həddə çatıb

Depressiya diaqnozlarının yarısı müalicəyə davamlıdır - ARAŞDIRMA

11 yaşlı Aylin Boston və Sinqapurda keçiriləcək olimpiadalara hazırlaşır VİDEO

Serbiyada dəmiryolu vağzalındakı qəzada ölənlərin sayı 16-ya çatıb

Bakıda qəza nəticəsində svetofor yararsız vəziyyətə düşüb

Tramp: Ukrayna ilə faydalı qazıntılar üzrə saziş tezliklə imzalanacaq

BMT-də Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə həsr olunmuş fotosərgi açılıb

Ər-Riyadda Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi müzakirə olunub

® Şuşada müqəddəs Ramazan günlərində iftar çadırları qurulub

Ərdoğan: Novruzun Türkiyədə rəsmi bayram elan edilməsini dəstəkləyirik

Antarktidada dənizin dərinliklərində inkişaf edən ekosistem kəşf olunub

ABŞ Venesueladan neft və ya qaz alan ölkələrə 25 faiz rüsum tətbiq edəcək

Qazaxda 31 yaşlı kişi itkin düşüb

Maka Boçorişvili: Gürcüstan müxtəlif ölkələrin iştirakı ilə Orta Dəhlizin inkişafına mühüm diqqət yetirir

Türkiyədə 43 mədənçinin ölümü ilə bağlı hökm elan olunub

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri təşkil edilib

Azərbaycan Karate Federasiyası Dünya Karate Federasiyasına rəsmi üzv qəbul edilib

Fernandu Santuş: Belarusla oyunda bir neçə futbolçuya istirahət verəcəyik

Kiyevdə “Novruz” Multikultural Sənət Festivalının açılışı olub

Qazaxıstan FHN əməkdaşları Astanada baş vermiş yanğından 60-a yaxın insanı təxliyə ediblər

Rusiyada Su-25 təyyarəsi qəzaya uğrayıb

D-8: Azərbaycanın D-8-ə üzv kimi qoşulması təşkilat üçün mühüm hadisədir

Türkiyədə keçirilən qanunsuz aksiyalar zamanı 123 polis əməkdaşı yaralanıb

Baş prokuror Vyetnamda işgüzar səfərdədir VİDEO

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ

İngiltərədə ilk dəfə qoyunda quş qripi aşkarlanıb

Türkiyənin xarici işlər naziri sabah ABŞ-a gedəcək

Nant şəhərindəki “Qarabağ” məktəbində Novruz bayramı qeyd edilib

Hərbi Prokurorluq işçiləri Novruz bayramı və hüquqi maarifləndirmə ilə əlaqədar hərbi hissələrdə olublar

Eritreyada saxlanılan Azərbaycan vətəndaşları buraxılaraq ölkəmizə gətirilib VİDEO

Azərbaycanda 2024-cü ildə turizmdə 30 faiz artım əldə edilib

Şamaxıya qar yağıb, temperatur 15-20 dərəcə aşağı düşüb VİDEO

Əlcəzair parlamenti “Fransız müstəmləkəçiliyinin kriminallaşdırılması”na dair qanun layihəsi hazırlayır

Masallıda silsilə oğurluqlar edən şəxs saxlanılıb VİDEO

Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlığı davam etdirir

Polis Xətai və Yasamal rayonlarında silsilə oğurluq edən şəxsləri saxlayıb

® 1-ci Milli Maliyyə Əlçatanlığı Forumunda 300-dən çox sahibkar və şirkət rəhbəri iştirak edib

Rusiyada “Qarınqulu ayı balası” tamaşasının premyerası keçirilib

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar