“STAR” qəzeti: Ermənistanla dialoqda olan Türkiyə Azərbaycanla tam koordinasiyada fəaliyyət göstərir

Ankara, 24 iyun, AZƏRTAC
Ermənistanla dialoqda olan Türkiyə Azərbaycanla tam koordinasiyada olaraq balanslaşdırılmış strateji addımlar atır.
AZƏRTAC xəbər verir ki, bu barədə “STAR” qəzeti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın baş naziri Nikol Paşinyanla bu yaxınlarda İstanbulda keçirilən görüşünü şərh edərkən yazır.
Nəşr İstanbulda yüksək səviyyədə aparılan danışıqları Cənubi Qafqaz üzrə sülh səyləri üçün “yeni təkan” adlandırır, burada “Ermənistan İran ətrafında gedən proseslər fonunda Türkiyə ilə yaxınlaşmağa çalışır”.
Qəzet yazır ki, Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı qələbə Cənubi Qafqazda qüvvələr balansını tamamilə dəyişib.
“Türkiyənin mövqeyi də güclənib, Ermənistan isə iqtisadi təcriddən çıxış yolları axtarmağa başlayıb ki, bu da Ankara ilə dialoq üçün stimul olub”, - deyə nəşr yazır və quru sərhədinin açılmasını “Ermənistanın öz həyat qabiliyyətini qorumaq strategiyasının mərkəzi elementi” adlandırır.
“Ermənistan üçün qonşuları ilə münasibətlərin normallaşdırılması seçim məsələsi deyil, geostrateji kursun bir hissəsidir”, - deyə qəzet Ankara ilə İrəvanın yaxınlaşmasının həm də Zəngəzur dəhlizinin açılmasının təminatı olduğunu vurğulayır.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.07.2025 [18:06]
Azərbaycanla Pakistan arasında hüquqi sahədə əməkdaşlıq genişləndiriləcək
- 10.07.2025 [17:13]
Nazir: İlin ilk yarısında 305 kriminal qrup zərərsizləşdirilib
- 10.07.2025 [16:48]
Daxili İşlər Nazirliyində altı ayın yekunları müzakirə olunub
- 10.07.2025 [16:36]
Azərbaycanlı alimin monoqrafiyası gürcü dilində çap olunub
- 10.07.2025 [16:25]