Stolüstü tennis üzrə yarışın qalibləri mükafatlandırılıblar
Bakı, 29 dekabr, AZƏRTAC
Paytaxtdakı 258 nömrəli tam orta məktəbin idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən məktəblilər arasında keçirilən XXVII spartakiadanın proqramına daxil olan stolüstü tennis üzrə yarış başa çatıb.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, yarışda 11 rayonun komandaları tərkibində 55 nəfər iştirak edib. Yarışın nəticələrinə görə Nərimanov rayonu 258 nömrəli məktəbin komandası birinci, 183 nömrəli məktəbin və akademik Zərifə Əliyeva adına liseyin komandaları isə ikinci və üçüncü yerləri tutublar.
Bağlanış mərasimində çıxış edənlər qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.
Qalib komandaların üzvlərinə diplom və hədiyyələr təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.07.2025 [13:56]
Dubayda “Triatlon T100” yarışının ikinci buraxılışı keçiriləcək
- 16.07.2025 [13:49]
Çimərlik futbolu üzrə Azərbaycan çempionu bəlli olub
- 16.07.2025 [13:47]
“Real Madrid”in sabiq baş məşqçisi Oman millisinə rəhbərlik edəcək
- 16.07.2025 [12:57]
Luis Dias "Liverpul" rəhbərliyinə klubdan ayrılmaq istədiyini bildirib
- 16.07.2025 [12:27]
Milli Mətbuatın 150 illiyinə həsr olunmuş intellektual yarış
- 16.07.2025 [11:21]