CƏMİYYƏT
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin nümayəndəsi Çində beynəlxalq seminarda iştirak edib
Bakı, 6 noyabr, AZƏRTAC
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) nümayəndəsi Çin Xalq Respublikasının Hançjou şəhərində “HIKVISION” şirkətinin təşkilatçılığı ilə keçirilən “Ən son texnoloji yeniliklər və innovativ həlləri ilə tanış olmaq, həmçinin gələcək əməkdaşlıq imkanları” mövzusunda təşkil olunan seminarda iştirak edib.
SOMDA-dan AZƏRTAC-a verilən məlumata görə, seminar çərçivəsində Agentliyin rəisinin müşaviri, polkovnik Nəsimi Əhədov kameralar və digər texniki vasitələrin istehsalı sahəsində dünya lideri olan “HIKVISION” şirkətinin baş ofisinə baş çəkib. Həmçinin sərgi zallarında təqdim olunan yeniliklər, xidmətlər, mühafizə və qoruma sahəsində istifadə edilən ən qabaqcıl texnoloji avadanlıqlarla tanış olub.