Strateji Yol xəritələrinin icrası ilə bağlı növbəti aylıq iclas keçirilib
Bakı, 19 mart, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələri" üzrə palatanın əsas icraçısı olduğu, həmçinin digər icraçısı olduğu Strateji Yol xəritələri ilə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinə dair növbəti iclas keçirilib.
MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, palatanın baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda Strateji Yol xəritələri üzrə müəyyən edilmiş Əməliyyat Planında icrası fevral və mart aylarında bitən tədbirlər müzakirə edilib. Bu çərçivədə yol xəritələrinin icrası ilə bağlı yaradılmış işçi qruplarının rəhbərləri tərəfindən görülmüş işlər iclas iştirakçılarının diqqətinə çatdırılıb.
İclasda daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin qurulması istiqamətində görülmüş işlər barədə geniş müzakirə aparılıb. Reyestrin fəaliyyətə başlaması maliyyə xidmətlərinə çıxış imkanlarının artmasına müsbət töhfə verəcək.
Aylıq əsasda keçirilən Strateji Yol Xəritəsinin icrası ilə bağlı iclasda növbəti dövrlər üçün nəzərdə tutulan tədbirlərin vaxtında icrasına dair aidiyyəti struktur bölmələrə müvafiq təklif və tövsiyələr verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]