ŞTUTQARTDA AZƏRBAYCAN İQTİSADİYYATI GÜNÜ KEÇİRİLƏCƏKDİR
Alman-Azərbaycan İqtisadi Birliyinin (DAWF) icraçı direktoru Florian Şröder AZƏRTAC-a bildirmişdir ki, iyunun 6-da Almaniyanın Ştutqart şəhərində Azərbaycan iqtisadiyyatı günü keçiriləcəkdir.
Tədbir Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birlikdə təşkil ediləcəkdir.