Sudanda hərbçilər və müxalifət müvəqqəti hökumət qurulması barədə razılığa gəlib
Bakı, 5 iyul, AZƏRTAC
Sudanın hərbi keçid şurası və müxalif “Azadlıq və dəyişikliklər uğrunda qüvvələr” birliyi iki günlük danışıqların gedişində müvəqqəti mülki hökumətin qurulması barədə razılığa gəlib.
AZƏRTAC bu barədə “Sky News Arabia” telekanalına istinadla xəbər verir.
Suveren Şura adı verilən birgə hakimiyyət strukturu üç il fəaliyyət göstərəcək. Bu müddət ərzində zorakılıq epizodları üzrə şəffaf təhqiqatın aparılması və müstəqil hökumətin qurulması nəzərdə tutulur.
Danışıqlarda iştirak edən müxalifət nümayəndələrindən biri İbrahim əl-Əmin Suveren Şuraya beş mülki şəxsin və beş hərbçinin daxil olacağını bildirib. Şuranın 11-ci üzvü isə hərbi keçmişi olan mülki şəxs seçiləcək.
2011-ci ildə qüvvəyə minən Amerika sanksiyalarından və Cənubi Sudanın ayrılmasından sonra ölkədə iqtisadi böhran hökm sürür. 2018-ci il dekabrında başlayan və çörəyin qiymətinin ucuzlaşması tələbi ilə keçirilən xalq etirazlarında sonradan Sudana 30 il rəhbərlik edən Ömər əl-Bəşirin siyasi rejiminin dəyişdirilməsi tələbi irəli sürülüb. Aprelin 11-də dördaylıq xalq etirazları fonunda hərbi çevriliş baş verib. Hakimiyyəti ələ keçirən ordu tərəfindən hərbi keçid şurası formalaşdırılıb. Ömər əl-Bəşir isə istefaya göndərilərək həbs edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:25]
Lihannanın faciəvi ölümü: Fransada ədalət sisteminin növbəti uğursuzluğu
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]