Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur -  ŞƏRH

Bakı, 18 aprel, AZƏRTAC

Prezident İlham Əliyev tarixi missiya həyata keçirdiyinə, xalqımızın alnından məğlub ləkəsini sildiyinə, hər bir əsgər və zabitimizin arxasında durduğuna, şəhidimizin qisasını aldığına görə xalqımız onu Müzəffər Ali Baş Komandan adlandırdı. Təkcə şanlı Ordumuzun deyil, diplomatiyanın da mahir bilicisi olan bu müzəffər insan Azərbaycanın, sadəcə, regional səviyyədə gücünü artırmadı, həm də qlobalist strategiyasını möhkəmləndirməyə müvəffəq oldu. Azərbaycanın bugünkü durumu dövlətin inkişafın strateji koordinatoru kimi yenilənmiş konsepsiyasının nəticəsidir. Bu gün tam haqla və bir o qədər də qürurla deyə bilirik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz inkişaf üçün başlıca şərtlərdən biri olan müstəqil dövlət siyasətini genişləndirib və şaxələndirib. Dövlətimizin başçısının “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” fikri bu dəfə də, sadəcə, sözdə qalmadı, məhz əməldə də, bu məqamda və amildə də sübut olundu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova səsləndirib.

Tərəqqinin ölkənin daxili siyasətindən və beynəlxalq sistemdəki mövqeyindən də asılı olduğunu vurğulayan politoloq deyib ki, dəyişən inkişafda milli maraqlarımız heç zaman qlobal çoxtərəfliliyə qurban verilmədi. Tam əksinə, bütün amillər milli maraqların təmin olunmasına xidmət etdi, bütün hallarda məhz milli maraqlarımız əsas tutuldu. Vətən müharibəsində dünyadakı bütün azərbaycanlılar bir hədəfə fokuslandılar ki, bu da işğal altındakı torpaqlarımızın azad edilməsi idi. O vaxtadək keçilən yol isə dövlətimizin başçısının gərgin əməyinin nəticəsi idi. 2023-cü ilin antiterror tədbirləri isə bir daha sübut etdi ki, qurulan bütün planlara, cəhd edilən gizli sövdələşmələrə rəğmən, dövlətimizin atdığı hər bir addım diqqətlə ölçülüb-biçilmiş tədbirlərlə müşayiət olunur, hər şey düşünülmüş strategiya və vahid plan üzrə gedir. Bu planları deşifrə etməzdən əvvəl daha vacib amili vurğulayaq ki, Azərbaycan xalqının maraqlarını rəhbər tutan dövlətimizin başçısı şəhid qanı ilə qazanılan haqlı Zəfərimizi elə haqlı olaraq yüksək dəyərləndirir, Qələbəmizin yarımçıq olduğunu bəyan edir, yenə də dayaq nöqtəsinin xalq olduğunu bildirirdi. Məhz buna əsaslanan Müzəffər Ali Baş Komandan üçrəngli Bayrağımızı Xocalıda dalğalandırarkən bir daha xalq ona minnətdar oldu. Bu məqamda həm də mütləq vurğulanmalıdır ki, üçtərəfli Bəyanatda sülhməramlıların 2025-ci ilədək müvəqqəti olaraq Qarabağda yerləşdirilməsi bəndinin salınması təşəbbüsünü də məhz Prezident İlham Əliyev irəli sürmüş, “müvəqqəti” şərti qoymuşdu. Sülhməramlıların Azərbaycan ərazilərindən artıq çıxarılmağa başlanılması şübhəsiz ki, Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur. Bu proses Azərbaycanın Şimal qonşusu olan Rusiya ilə normal münasibətlərinin və iki ölkənin ali rəhbərliyinin qərarının nəticəsidir.

“Sülhməramlıların çıxarılmasına yenidən fərqli don geyindirməyə, bulanıq çalarlar qatmağa çalışırlar. Azərbaycanla Rusiya arasında münasibətlər bundan əvvəl də müsbət idi, bu amil də münasibətləri zəiflətməyəcək, əksinə, möhkəmləndirəcək. Tək və səlis məntiq odur ki, Qarabağın ağrılı səhifəsini Azərbaycan artıq çevirib, ikitərəfli münasibətlərdə hərbi və sülhməramlı komponent mövcud deyil, ölkəmizin gündəliyində isə azad olunmuş əraziləri dirçəltmək dayanır. Münaqişə yoxdursa, qoşun saxlamağın anlamı da yoxdur və Rusiya tərəfi də bunu anladı. Düşünürəm ki, münasibətlərdən hərbi komponent amilinin çıxarılması əməkdaşlıqda yeni üfüqlər açacaq. Üstəlik o faktı da nəzərə alaq ki, Rusiya və Azərbaycan ali rəhbərliyi arasında mövcud olan şəxsi münasibətlər iki qonşu ölkənin əlaqələrini gücləndirən əsas amildir”, - deyə Ş.Həsənova əlavə edib.

Politoloq vurğulayıb ki, sülhməramlıların çıxarılmasına ABŞ-ın reaksiyası isə olduqca riyakardır. Bir daha sübut olunur ki, bunların ipinin üstünə odun yığmaq olmaz. Çünki “etibarlılıq” meyarını ölçmək üçün yenə də şans var idi ki, regiondan hərbi komponentin çıxarılmasını alqışlayasınız, Azərbaycanı təbrik edəsiniz və iki ölkə arasında sərt güc kənar saxlanılmaqla sülhə töhfə verməyin vacibliyi üzərində dayanasınız. Lakin sözdə deyil, əməldə. Rusiyanı Dnestryanı, Abxaziya, Cənubi Osetiya olmaqla bütün regionlardan hər mənada sıxışdırmağa çalışan, hətta 2022-ci ilin yanvarında KTMT qüvvələrinin Qazaxıstandan çıxarılmasını təqdir edən ABŞ Qarabağdakı sülhməramlılara münasibətdə yenə də bizə qarşı eyni məna ilə, lakin fərqli yol tutdu. ABŞ və Fransa regiona sülh prizmasından deyil, öz maraqlarının təmin olunması prizmasından yanaşdıqları üçün münaqişənin həllinin ən böyük əleyhdarlarıdır. Erməni rəsmiləri hətta aprelin 5-dən əvvəl bir-bir, iki-iki Pentaqona üz tutanda, orada görüşlər keçirəndə artıq məlum idi ki, Ermənistan militarlaşdırılır, hətta Ukraynaya vəd edilən, verilməyən hərbi dəstək İrəvana münasibətdə genişləndirilir. İndi isə ABŞ Dövlət Departamenti hərbi dəstək nəzərdə tutulan, deşifrə olunmuş sənədi “dezinformasiya” adlandırır. Ortada olan sənəd aparılan real müzakirələrin, atılan addımların məhsulu olan təkzibolunmaz real gizli paktdır.

Bəzi dairələrin Azərbaycanın xarici siyasətinin sistematik addımlarına xələl gətirməklə yanaşı, dövlətimizə, cəmiyyətimizə daxildən də zərbə vurmaq yolunu tutduqlarını bildirən Ş.Həsənova deyib ki, bu, mümkünsüzdür. Azərbaycan bunun mümkünsüz olduğunu dəfələrlə sübut edib. Vaxt var idi bəziləri Xocalının alınacağına rişxəndlə yanaşırdılar. Sülhməramlıların çıxması ilə bağlı qərar bir daha bəlli dairələrin arzularını gözündə qoydu, sərsəm “proqnozlar” və boş ritorikalarının həqiqətən də boş, eyni zamanda, arqumentlərinin də çürük olduğunu sübut etdi. Siyasi meydanda Prezident İlham Əliyevlə rəqabət aparmaq siyasi savad baxımından kasad, məhdud dünyagörüşünə malik, ən əsası, qərəzli yanaşmaya malik olanların işi deyil. Bir daha sübut olundu ki, Azərbaycan Prezidenti xalqının alternativsiz Lideridir. Dövlətimizin başçısı uğurlu siyasətini məzmun, forma və tətbiq olmaqla üç əsas istiqamət üzrə son dərəcə aydın realizə edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır

Yağışlı hava şəraitinin mayın 21-dək davam edəcəyi gözlənilir

İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb