“Sumqayıt” futbol klubu “Bakı”, əvəzedicilər isə “Neftçala” ilə qarşılaşacaq

Sumqayıt, 12 yanvar, AZƏRTAC
“Sumqayıt” futbol klubu Topaz Premyer Liqasının 3-cü və 4-cü dövrəsi üçün hazırlığı davam etdirir. Komanda Aqil Məmmədovun rəhbərliyi altında yanvarın 12-də “KapitalBank Arena”da növbəti məşqinə çıxıb. “Sumqayıt” yanvarın 13-dən təlim-məşq toplanışına başlayacaq.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, komanda hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu yanvarın 14-də “Bakı”ya qarşı keçirəcək. Həmin qarşılaşma Sumqayıtda “KapitalBank Arena”da baş tutacaq. “Sumqayıt”ın əvəzediciləri isə yanvarın 14-də birinci liqa təmsilçisi “Neftçala” ilə doğma arenada üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.07.2025 [13:56]
Dubayda “Triatlon T100” yarışının ikinci buraxılışı keçiriləcək
- 16.07.2025 [13:49]
Çimərlik futbolu üzrə Azərbaycan çempionu bəlli olub
- 16.07.2025 [13:47]
“Real Madrid”in sabiq baş məşqçisi Oman millisinə rəhbərlik edəcək
- 16.07.2025 [12:57]
Luis Dias "Liverpul" rəhbərliyinə klubdan ayrılmaq istədiyini bildirib
- 16.07.2025 [12:27]
Milli Mətbuatın 150 illiyinə həsr olunmuş intellektual yarış
- 16.07.2025 [11:21]