Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsil Mərkəzinə sənəd qəbulu davam edir VİDEO

Bakı, 7 avqust, AZƏRTAC
Sumqayıt Kimya Sənaye Parkının (SKSP) Peşə Təhsil Mərkəzinə sənəd qəbulu aparılır.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Peşə Təhsil Mərkəzində 2020/2021-ci tədris ili üçün veb dizayner və proqram təminatçısı, torna və frezer dəzgahların operatoru, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, proqramla idarə olunan dəzgahların operatoru, sənayedə quraşdırma işləri üzrə usta ixtisasları üzrə təhsil almaq üçün sənəd qəbulu davam edir.
Sənədlər avqustun 15-dək elektron qəbul sistemi (https://bit.ly/300YIef) vasitəsilə aparılır. Qəbul müsahibə yolu ilə həyata keçiriləcək. Müsahibədə tam orta təhsilli şəxslər iştirak edə bilərlər. Təhsil müddəti 1 ildir.
Əlavə məlumat üçün:
Telefon: +994 12 488 80 65 (daxili 700 və 120)
E-poçt: [email protected]