Sumqayıt Şəhər Mədəniyyət Evinin kollektivi əsgərlərin qonağı olub
Sumqayıt, 5 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Şəhər Mədəniyyət Evinin kollektivi “N” saylı hərbi hissənin əsgərləri qarşısında “Qanlı tariximiz, şanlı tariximiz” ədəbi-bədii proqramla çıxış edib. Tədbir çərçivəsində S. Vurğun adına Mərkəzi Kitabxananın tərtib etdiyi ədəbiyyat və dövrü mətbuat materiallarını əks etdirən sərgi nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, Sumqayıt regional Mədəniyyət İdarəsinin tərkibində fəaliyyət göstərən mədəniyyət ocağının təqdim etdiyi proqram Aprel döyüşlərində zabit və əsgərlərimizin göstərdiyi şücaət, igidlik və rəşadəti təbliğ etmək məqsədilə təşkil olunub.
Şəhər Mədəniyyət Evinin bədii qiraət dərnəyinin üzvlərinin ifasında “Ana və əsgər” kompozisiyası nümayiş olunub, mövzu ilə əlaqədar çıxışlar dinlənilib.
Sonra Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivi üzvlərinin ifasında vətənpərvərlik ruhunda yazılmış şeir və mahnılar səsləndirilib. Konsert zabit və əsgərlər tərəfindən maraqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağılılar aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]