Sumqayıtda Muğam Mərkəzi inşa olunur
Sumqayıt, 30 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda dənizkənarı bulvar ərazisində Muğam Mərkəzinin tikintisinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, Muğam Mərkəzinin binası iki mərtəbədən ibarət olacaq. Beş yüz nəfərlik zal və amfiteatrdan ibarət olacaq konsert salonunda müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait yaradılacaq.
Binada səsyazma studiyası, qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar da olacaq. Muğamın sirlərinə yiyələnmək məqsədilə 14 dərs otağı tikiləcək.
Muğam Mərkəzinin Sumqayıtın 70 illik yubileyi ərəfəsində istifadəyə veriləcəyi planlaşdırılır.