Azərbaycan Dövlət İnformasiya Agentliyi

SURAXANI RAYONUNDAKI 275 NÖMRƏLİ MƏKTƏBDƏ BİLİK GÜNÜNƏ VƏ YENİ DƏRS İLİNİN BAŞLANMASINA HƏSR OLUNMUŞ MƏRASİMDƏ AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

-Əziz uşaqlar!

Əziz məktəblilər!

Hörmətli müəllimlər!

Sizi və Azərbaycanın bu gün dərsə başlayan bütün uşaqlarını, bütün müəllimlərini ölkəmizdə yeni dərs ilinin başlanması münasibətilə ürəkdən təbrik edirəm, Azərbaycanın təhsilinə yeni-yeni uğurlar arzulayıram.

Burada məktəb nümayəndələrindən iki nəfər də çıxış etməli idi. Ancaq mən onlardan üzr istəyirəm ki, xahiş etdim, mənə söz verilsin. Çünki hava istidir. Sizin hamınız da günün altında durmusunuz. Sizin günün altında dayanmağınıza mənim ürəyim dözmür.

Baxmayaraq ki, hava, günəş və su uşaqları sağlam, möhkəm edir, amma bu gün siz məktəbə gəlmisiniz. Siniflərdə olmalısınız, gün altında bu qədər durmamalısınız. Mən nə edim, burada mənim günahım yoxdur. Bunu sizin məktəbin direktoru, başqa təşkilatçı adamlar ediblər. Hər halda, nə qədər isti olsa da, günəş hər birimizi nə qədər artıq yandırsa da, buna həmişə dözmüşük və dözəcəyik. Çünki Azərbaycanın bu günü və gələcəyi üçün çalışmaq, əziyyət çəkmək və birinci növbədə təhsil almaq lazımdır.

Əziz uşaqlar, sizin hamınız xoşbəxt insanlarsınız. Çünki həyatınızın ən gözəl dövrünü, orta məktəb dövrünü yaşayırsınız. Kimsə bu gün XI sinifdə oxuyur, bu il məktəbi bitirəcəkdir və kimsə də məktəbə ilk addımlarını atıbdır, birinci sinifdə oturubdur. Mən indi sizin məktəbin siniflərini gəzərkən, onlara baxarkən həm bu gün məktəbə ilk dəfə gələn uşaqlarla, həm də yuxarı siniflərdə oxuyan uşaqlarla görüşdüm. Nəhayət, XI sinifdə təhsil alıb bu il məktəbi bitirməyi hazırlaşanlarla da... Sizin hamınız xoşbəxtsiniz. Ona görə ki, Azərbaycanın müstəqillik dövründə yaşayırsınız. Müstəqil Azərbaycanda təhsil alırsınız. Öz xalqınıza, öz vətəninizə, öz millətinizə xidmət etmək məqsədi ilə təhsil alırsınız və özünüzü həyata hazırlayırsınız. Bütün bu işlərdə əziz balalarımız, sizə uğurlar arzulayıram. Canınız sağlam olsun, yaxşı oxuyun, məktəb illərinizi səmərəli keçirin, yaxşı təhsil alın və gələcəkdə Azərbaycanın etibarlı, dəyərli vətəndaşları olun.

Bu, birinci növbədə, sizin özünüzdən asılıdır. Sizin hamınız uşaqlıq dövründən düşünməlisiniz ki, Azərbaycanın dəyərli vətəndaşı olacaqsınız. Azərbaycana, öz vətəninizə xidmət edəcəksiniz. Öz həyatınızı xoşbəxt, firavan, rahat Azərbaycan şəraitində quracaqsınız.

Bu, eyni zamanda, sizə dərs verən, sizi tərbiyələndirən müəllimlərdən asılıdır. Ona görə mən bu gün həm sizin məktəbin müəllimlərinə, həm də Azərbaycanın bütün müəllimlərinə tövsiyə edirəm ki, onlar öz vəzifələrini daim şərəflə yerinə yetirsinlər.

Bizim həyatımızda müəllimlik ən hörmətli peşədir. Müəllim cəmiyyətimizdə görkəmli yer tutur. Müəllimə hamı hörmət edir və hörmət etməlidir. Çünki sizi də və keçmişdə bizi də həyata hazırlayan, böyüdən və bu günlərə çıxaran müəllimlər olubdur. Mən öz müəllimlərimə daim minnətdar olmuşam, bu gün də minnətdaram və ümid edirəm ki, siz də müəllimlərinizi sevəcəksiniz, müəllimlərinizə hörmət edəcəksiniz. Müəllimlərinizdən maksimum bilik almağa çalışacaqsınız. Ancaq müəllimlər də sizə böyük qayğı ilə yanaşacaqlar. Sizə yaxşı təhsil verəcəklər, dərs saatlarını səmərəli kecirəcəklər. Beləliklə, məktəb öz nəticəsini verəcəkdir.

Mən buraya gələrkən Azərbaycan məktəbinin bir neçə problemi ilə maraqlandım. Baxmayaraq ki, mən bununla daim maraqlanıram. Ancaq dəqiq məlumatlar almaq istədim. Mən burada demək istəyirəm,- bəlkə də bu, uşaqlara o qədər də aid deyildir,- biz Azərbaycanda məktəblərin inkişafı üçün ciddi tədbirlər görməliyik. Mən bu gün bəyan edirəm ki, bu yaxın zamanlarda Azərbaycan məktəb tikintisi, məktəblərin müasir avadanlıqla təmin olunması, təmir edilməsi ilə əlaqədar ciddi tədbirlər haqqında öz təkliflərimi irəli sürəcəyəm. Düşünürəm ki, biz bu sahəyə daha da çox qayğı göstərməliyik. Baxmayaraq ki, Azərbaycan büdcəsinin təxminən 22 faizi, deməli, beşdə bir hissəsindən çoxu, - bir trilyon manatdan artıq vəsait təhsilə ayrılır. Bu, yenə də çatmır. Demək, biz düşünməliyik. Eyni zamanda, təhsilə ayrılan vəsaitdən də, təəssüflər olsun ki, bəzi yerlərdə səmərəli istifadə olunmur.

Müəllimlərin maaşlarının artırılması ilə biz ardıcıl surətdə məşğul olmuşuq. 1996-cı ildən indiyə qədər Azərbaycanda müəllimlərin maaşı 2,8 dəfə artıbdır. 1996-cı ildə 40 faiz, 1997-ci ildə 30 faiz, 2000-ci ildə 25 faiz artıbdır. Ancaq mən hesab edirəm ki, bu da yetərli deyildir.

Biz indi gələn ilin dövlət büdcəsini hazırlayırıq. Mən təklif edəcəyəm ki, bu büdcədə müəllimlərin və ümumiyyətlə, məktəb işçilərinin maaşlarının artırılması haqqında ciddi tədbirlər görülsün. Mən ümidvaram ki, buna da nail olacağıq.

Əziz balalar!

Mənim sizə deyiləsi sözüm çoxdur. Çünki bilirsiniz ki, mən uşaqları sevirəm. Uşaqları hər kəs sevir, uşağı sevməyən adam, bilmirəm, hansı xüsusiyyətlərə malikdir. Uşağı hamı sevir. Amma hər kəs hesab edir ki, o, uşağı hamıdan çox sevir, o cümlədən də mən. Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycanın Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən, uşaqlarından asılıdır.

Son illərdə aparılan işlər onu göstərir ki, Azərbaycanda gözəl gənc nəsil yetişir. Azərbaycanın ağıllı, zəkalı, istedadlı uşaqları var və onlar məktəblərdə oxuyurlar. Onların hamısı Azərbaycanın gələcəyini mütləq bizdən də yaxşı təmin edəcəklər, ölkəmizi bizdən də yaxşı irəliyə aparacaqlar.

Əziz balalar, əziz gənclər, mən Azərbaycanın gələcəyi haqqında düşünərkən sizə ümid edirəm, sizə arxalanıram və Azərbaycanın parlaq gələcəyini sizdən gözləyirəm.

Əziz balalar, mən bir daha sizə cansağlığı, xoşbəxt həyat, hamınıza məktəbdə əla qiymətlərlə oxumaq arzu edirəm. Hamınıza, hər birinizə xoşbəxt gələcək arzulayıram. Sağ olun.

(Azərbaycan Prezidentinin nitqi böyük diqqətlə dinlənildi və gurultulu alqışlarla qarşılandı).

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qana dünya çempionatına qələbə ilə başladı

Cenevrədə beynəlxalq birlik Azərbaycanın mina problemi ilə bağlı həmrəyliyə çağırılıb

Versal sarayını tərk edən Trampdan maraqlı açıqlama

BBC ixtisarlara başlayıb: bəzi proqramlar bağlanacaq

Aİ ukraynalı qaçqınların qəbulu qaydalarına dəyişiklik etməyi nəzərdən keçirir

İsmayıl Bəqai: Memorandum prezidentlər tərəfindən imzalanıb

“Axios”: ABŞ və İran Anlaşma Memorandumunu distant şəkildə imzalayıblar

Dünya çempionatı: Altı qolun vurulduğu oyunda İngiltərə sevinib

Fiziklər ilk dəfə işlək nüvə saatı yaradıblar

Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

Beynəlxalq konfrans - “Azərbaycan Xalq Cümhuriyyəti və Alaş-Orda: dövlət quruculuğunun tarixi təcrübəsi”

Dünya Qadın Seriyası: "Neftçi" Orlean mərhələsinin çempionu olub

Bakıda “Elbəy Rzaquliyev. Ürəyi ilə yaradan rəssam” adlı sərgi açılıb

Aşqabadda Azərbaycan-Türkmənistan elmi əlaqələrindən danışılıb

Qəbələdə barama tədarükünə başlanılıb

Dünya çempionatı: Portuqaliya Konqo ilə heç-heçə edib

Xalça Muzeyində finlandiyalı rəssamlarının sərgisi açılıb

Finlandiya səfiri: Tekstil sənəti hətta bir-birindən uzaq xalqları belə bir araya gətirə bilir

Tramp: İrana son müharibədə 1 trilyon dollardan çox ziyan dəyib

ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi ilə gələcək əməkdaşlıq imkanları dəyərləndirilib

Loran Vokye ilə bağlı araşdırma sənədini yoxlamaq üçün 500-ə yaxın könüllü səfərbər olub

® Mərkəzi Gömrük Hospitalında Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edilib

Tramp: İran ilə müttəfiq olan Çinin və Rusiyanın liderləri çox vaxt münaqişədən kənarda dayanıblar

Fermerlərin xarici bazarlara çıxması üçün yeni imkanlar VİDEO

Fermerlərin xarici bazarlara çıxması üçün yeni imkanlar VİDEO

Fransanın Baş naziri ölkəsinin növbəti il üçün büdcəsinin gecikməsi ilə əlaqədar xəbərdarlıq edib

"Səbail"in yeni rəhbəri bəlli olub

“Qarabağ” mozambikli müdafiəçini transfer edib

MDU-da nəticəyönümlü akademik fəaliyyətin qiymətləndirilməsi üzrə rəqəmsal idarəetmə modeli istifadəyə verilib

Xaçınçaya gələn sel sularının yaratdığı təhlükənin qarşısı alınıb – YENİLƏNİB VİDEO

Xaçınçaya gələn sel sularının yaratdığı təhlükənin qarşısı alınıb – YENİLƏNİB VİDEO

ABŞ Prezidenti: İranla müqavilə sabah və ya o biri gün imzalanacaq

II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib

Ekspert: Sosial platformaların tənzimlənməsi uşaqların rəqəmsal mühitdə müdafiəsini gücləndirməyə kömək edəcək

Ali Məclisin komitə iclasında iki qanun layihəsi müzakirəyə çıxarılıb

Van İ: Çin İranın qanuni iddialarını dəstəkləyir

“Axios”: ABŞ və İran Anlaşma Memorandumunun daha erkən imzalanmasını müzakirə edir

Bu saata olan əsas xəbərlər

İlk qadın bəstəkarların irsinə həsr olunmuş konfrans təşkil edilib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub VİDEO

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub VİDEO

Qazaxıstanlı sənətçi: Azərbaycan sirki milli koloritini nümayiş etdirməlidir

Hesablama Palatasının sədr müavini: Rəqəmsal transformasiya ali audit orqanlarına bir sıra üstünlüklər təqdim edir

Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu olub

Xankəndidə fəaliyyət göstərən tikiş fabriki fəaliyyətini genişləndirir

ABŞ-nin sahillərinə tropik fırtına yaxınlaşır

Ukrayna Silahlı Qüvvələri Rusiyanın “kölgə donanması”na məxsus tankeri və iki körpünü vurub

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib YENİLƏNİB

Orxan Məmmədov: “Startap” şəhadətnaməsi alan şirkətlərin ümumi dövriyyəsi 63 milyon manata yüksəlib

Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq

Türk professor: Azərbaycan Türk dünyasının yeni geoiqtisadi mərkəzlərindən birinə çevrilir

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olunub

KOBİA sədri: İnnovasiyanın və startap ekosisteminin inkişafı Azərbaycanda əsas prioritet istiqamətlərdən birinə çevrilib

İdarə Heyətinin sədri: İnklüziv sosial müdafiə sahəsində təcrübəmizi beynəlxalq tərəfdaşlarla bölüşməyə hazırıq

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olublar

İcraçı direktor: Ardıcıl islahatlar və dövlət proqramları səhiyyə sisteminin inkişafına mühüm töhfə verib

Sərgi iştirakçısı: Yeni bazarlara çıxış, əlaqələrin yaranması və alıcıların artmasını gözləyirik

Nazir müavini: Sosial xidmətlər sisteminin inkişafı istiqamətində mühüm addımlar atılıb

Xocalıda “Qoç Ət”in heyvandarlıq kompleksi ilə tanışlıq olub

Milli Məclisdə innovasiya və maliyyə alətlərinə dair 5 qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb VİDEO

Milli Məclisdə innovasiya və maliyyə alətlərinə dair 5 qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb VİDEO

Avropa Parlamenti Gürcüstanla bağlı hesabat qəbul edib

Almaniya ilə Polşa arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair saziş imzalanıb

“Şəfa” futbolçusu ilə müqavilə müddətini uzadıb

Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb

Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

Şahzadə Harri və Meqan Markl Böyük Britaniyaya səfər edəcəklər

Livan Prezidenti: İsraillə danışıqlar xətti müstəqildir

Milli ruhun tərcümanı: 95 yaşlı Xalq Çalğı Alətləri Orkestrindən musiqi ziyafəti

Yousef Aldobeay: Azərbaycanın ev sahibliyi edəcəyi 16-cı İslam Sammiti mühüm hadisələrdən biri olacaq

ABŞ konqresmeni Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

® Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

Siyasi şərhçi: Azərbaycan qlobal təhlükəsizliyə töhfə verən əsas aktorlardan biridir

Avropa Parlamenti geni modifikasiya olunmuş bəzi bitkilər üçün tələbləri yumşaldır

Media: Son müharibə dövründə İran aviasiya donanmasının bir hissəsini xarici ölkələrə köçürüb

Azərbaycan-Türkiyə əməkdaşlığı regional sabitlik və qlobal tərəfdaşlığın gücləndirilməsində strateji nümunədir - ŞƏRH

AHİK tədbirində əmək hüquqları və insan haqlarının müdafiəsi diqqət mərkəzində olub

Norveçdə vəhşi qızılbalıq populyasiyaları təhlükə altında qalır

Orxan Məmmədov: “Made in Azerbaijan” brendi beynəlxalq bazarda özünə yer tapıb VİDEO

Orxan Məmmədov: “Made in Azerbaijan” brendi beynəlxalq bazarda özünə yer tapıb VİDEO

Azərbaycan ilə UNESCO Baş Konfransı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

YAP ilə Kamboca Xalq Partiyası arasında əməkdaşlıq genişləndirilir

Qazaxıstanda antiterror təlimləri keçiriləcək

Azərbaycan və OPEC Beynəlxalq İnkişaf Fondu iqtisadi tərəfdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirir

“Azərbaycan Dəmir Yolları” ilə Asiya İnfrastruktur İnvestisiya Bankı logistika sahəsində əməkdaşlığı genişləndirir

Məhkumun həbs olunmamışdan əvvəl gizlətdiyi silah-sursat aşkar edilib – BİRGƏ MƏLUMAT

Ukraynanın Dnepropetrovsk vilayətinin daha 23 yaşayış məntəqəsində məcburi təxliyə elan edilib

AZAL: İyun ayının ilk yarısında Naxçıvana 47 mindən çox sərnişin daşınıb

Azərbaycan səhiyyəsi sosial dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi inkişaf edir – RƏY

Aİ Ebola ilə mübarizəyə 493 milyon avro ayıracaq

Mirnuh İsmayılov: Azərbaycan ərazisinin 60-65 faizi müxtəlif səviyyələrdə səhralaşma dərəcəsinə məruz qalıb

Nazir müavini: Biznesdə yeni texnologiyaların tətbiqi vacib məsələlərdən biridir

Gənclər Kitabxanasının direktoru: Səməd Vurğun irsinin süni intellektlə təqdimatı planlaşdırılır

Yeni Dövlət Proqramı aqrar sektorda məhsuldarlıq, ixrac və ərzaq təhlükəsizliyi üzrə yeni mərhələnin əsasını qoyur - ŞƏRH

BDU-nun iki jurnalı “Web of Science Core Collection” bazasında ilk onluqda yer alıb

Zelenski: Fransada keçirilən G7 sammitinin Ukrayna üçün mühüm nəticələri olub

Aslan Cəfərov: Gənclər Kitabxanasında Səməd Vurğunun söz xəzinəsi yenidən canlanır

Norveçin vəliəhd şahzadəsinə uğurlu ağciyər transplantasiyası edilib

“Psixiatriya yardımı haqqında” Qanuna dəyişikliklər parlamentin iclasına tövsiyə olunub

Azərbaycan Milli Məclisi ilə ABŞ Konqresi arasında münasibətlər inkişaf etdirilir

Cari ilin ilk 5 ayı ərzində Energetika Nazirliyi tərəfindən 108 icazə verilib

“Su pəhrizi” ilə çəkini azaltmaq nə qədər sağlamdır?

Portuqaliya yığmasının səfiri: Qurban Qurbanov qələbə qazanmağı sevən mütəxəssisdir

DİN: 51 kiloqram narkotik vasitə və 2000 psixotrop həb dövriyyədən çıxarılıb VİDEO

DİN: 51 kiloqram narkotik vasitə və 2000 psixotrop həb dövriyyədən çıxarılıb VİDEO

Omanın Sultanı Heytəm bin Tariq Al Səiddən